Azərbaycana qarşı gizli oyun... - Professor deyir ki, Gürcüstana sərt cavab verilməlidir
Tarix: 23-07-2020 13:42 | Bölmə: Slayd
Azərbaycana qarşı gizli oyun... - Professor deyir ki, Gürcüstana sərt cavab verilməlidir

Azərbaycan-Ermənistan dövlət sərhədində erməni silahlılarının ölkəmizə qarşı hücum cəhdi zamanı Gürcüstan ərazisindən işğalçı Ermənistana silah-sursat daşınıb. Doğrudur, Gürcüstanın hakimiyyət dairələri sonradan bunu təkzib edib, Azərbaycanla strateji mütəffiq olduqlarını bildirsələr də, bu, reallıq kimi qəbul olunmadı.

Reyting.az
xəbər verir ki, hətta Gürcüstan müxalifətinin nümayəndələri də ölkə ərazisi ilə Rusiyadan və Serbiyadan Ermənistana silah-sursatın daşınmasını Gürcüstanın beynəlxalq öhdəliklərini pozması kimi qiymətlədiriblər.

Professor Xaləddin İbrahimli isə deyir ki, Gürcüstan illik 2,6 milyard doğal qaz tələbatının 95 faizini Azərbaycanın hesabına pulsuz əldə edir. Bununla yanaşı neft nəqlindən xəzinəsini doldurur. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə arasında körpü rolunu oynayan ölkə kimi Gürcüstan yükdaşımalarından da böyük məbləğdə vəsait qazanır.

Azərbaycana qarşı gizli oyun... - Professor deyir ki, Gürcüstana sərt cavab verilməlidir
X. İbrahimli

X. İbrahimli xatırladıb ki, Gürcüstan heç bir layihənin Borçalı üzərindən gerçəkləşməsinə imkan verməyib: “Xəritədə layihələrə baxın, Qazaxdan girib Qarsdan çıxırdı və hamı qazanırdı. Ancaq min bir bəhanə etdilər, dəmir yolu, qaz kəmərləri ermənilərin yaşadığı bölgədən keçdi. Bakı-Tbilisi-Ceyhan xətti isə dolayısı ilə bütün Gürcüstanı dolaşdı. Bu, ilk növbədə Borçalı türklərinin bölgədə möhkəmlənməsinin qarşısını almaq üçün idi. Bundan ötrü az qala yaxalarını yırtdılar. Bu deyilənlərdən məntiqi bir sonluq çıxır: gürcülər gizlində Qarabağ münaqişəsinin həllində maraqlı deyillər, imkan düşəndə problemin həllinə mane olmağa çalışırlar”.

Professor bildirib ki, Azərbaycanın başı qarışanda Gürcüstan Ermənistana gizli yardım edib: “Borçalıda evlərə polis hücumları təşkil edərək narkotik axtarmağa başlayıblar. Belə təzyiqlər vasitəsilə əhalini qorxudub ölkədən çıxmasına cəhd edib və ara sakitləşdikdə bunu ermənilərin üstünə yıxmağa çalışıblar”.

X. İbrahimli diqqətə çatdırıb ki, belə riyakar siyasət 1989-cu ildən bu yana davam edir:

“Bəs Azərbaycan tərəfi nə etməlidir? Baş verənləri açıq şəkildə gürcülərə deməli və belə əməllərə görə iki qat artığını etməlidir.

Strateji tərəfdaşlıq? Boş verin, yanlışlıq etməyin. Əvvəlcə strateji tərəfdaşlığın statusu, dəyənəyin iki ucundan əsas tərəfi bizə aiddir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}