00:08 / 22-06-2025
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb
21:23 / 21-06-2025
Ceyhun Bayramov Suriya XİN başçısı ilə görüşüb
19:32 / 21-06-2025
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
19:27 / 21-06-2025
Deputat: “Muxtariyyətin ləğvi barədə düşünmək lazımdır”
19:00 / 21-06-2025
Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib
18:49 / 21-06-2025
Nazir: Trampın Xamnəi ilə bağlı dedikləri təhdid yox, təhqirdir
18:22 / 21-06-2025
Müxalifətçi azadlığa buraxılıb
18:19 / 21-06-2025
İranla bağlı məxfi danışıqların üstü açılır
18:12 / 21-06-2025
“Real Ermənistan” erməniləri niyə qorxudur?
18:07 / 21-06-2025
AMEA-nın tenderi ləğv olunub
17:57 / 21-06-2025
Dövlət Neft Fondunda yoxlama aparılıb
17:50 / 21-06-2025
İran rəsmisi uğursuzluğu etiraf edir: “Bütün komandirlər bir saat ərzində öldürüldü”
17:40 / 21-06-2025
Diplomatların Qarabağa səfəri başa çatıb - Foto
17:31 / 21-06-2025
"Büdcə sistemi haqqında" qanun dəyişir - Detallar
17:15 / 21-06-2025
Trampın xüsusi nümayəndəsi vədlərinə əməl etmir
17:12 / 21-06-2025
Qabiliyyət imtahanlarına start verilib
17:02 / 21-06-2025
Deputatlar daha 12 qanunu müzakirəyə çıxarır
16:49 / 21-06-2025
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb
16:48 / 21-06-2025
Zelenski: Ukraynada 695 min rus əsgəri var
16:45 / 21-06-2025
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
16:31 / 21-06-2025
Türk ordusu PKK-nın silah-sursat mağarasını məhv edib - Foto
15:58 / 21-06-2025
Prezident icra başçısını vəzifədən azad edib
15:44 / 21-06-2025
Putin Trampa əsl münasibətini göstərib
15:18 / 21-06-2025
İran ABŞ-a məxsus onlarla bazaya zərbələr endirə bilər
15:10 / 21-06-2025
ABŞ Yaxın Şərqdəki mühüm aviabazadan onlarla təyyarəni çıxarıb - Foto
13:39 / 21-06-2025
Nüvə alimi həyat yoldaşı ilə birlikdə öldürülüb - Foto
13:08 / 21-06-2025
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
12:54 / 21-06-2025
Naxçıvanın Konstitusiyası dəyişir
12:47 / 21-06-2025
Daha bir rayona prokuror təyin edilib
11:50 / 21-06-2025
NATO-nun mövcudluğu sual altına düşüb
22:59 / 17-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

11:19 / 17-06-2025

12:34 / 18-06-2025

07:02 / 17-06-2025

10:52 / 18-06-2025

16:11 / 19-06-2025

16:25 / 18-06-2025

07:51 / 17-06-2025

08:34 / 18-06-2025

08:01 / 18-06-2025

Diplomatik nümayəndəlik və konsulluqlarımıza tapşırıqlar verildi
Tarix: 25-07-2020 09:45 | Bölmə: Slayd

İyulun 24-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov son günlər bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmaların üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərimizin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans formatında görüş keçirib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.
Reyting.az-ın məlumatına görə, videokonfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
C. Bayramov Ermənistanın cari il iyulun 12-də iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatı və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanat və fəaliyyəti məsələsinə toxunaraq, işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşının alındığını və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd edib. Nazir xarici ölkələrdə erməni daşnaklarının özündə terror elementlərini ehtiva edən cinayət əməllərinin qarşısının alınması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı aidiyyəti ölkələrin müvafiq qurumları ilə görülən işlər barəsində məlumat verib. Dövlətimizin hər zaman olduğu kimi, soydaşlarımızın yanında olduğu vurğulanıb və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımi yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimat verilib. Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri H. Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin nəzarəti altında olduğunu qeyd edib. Erməni radikal qüvvələrinin cinayəti nəticəsində xəsarət alan vətəndaşlarımıza və soydaşlarımıza müvafiq diqqətin göstərilməsinin vacibliyi, eləcə də irqçilik və nifrət zəminində cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməli olduqları bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərə ünvanladığı müraciətinin qəlbində vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarış olduğunu vurğulayan H. Hacıyev bu müraciətdə QHT və insan hüquqlarının müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırışın aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor fəallarının Ermənistanın iki dövlətin beynəlxalq sərhədində törətdiyi hərbi təxribata etiraz olaraq xarici ölkələrdə yalnız qanun çərçivəsində və dinc aksiyalarla çıxış etdiyini vurğulayıb. Bu aksiyalarda çoxsaylı soydaşlarımızın Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olunub.
Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək, akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat veriblər; videokonfrans iştirakçıları diplomatik nümayəndəliklərin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhəkmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyətə cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi apardılar.
C. Bayramov vəziyyətin nəzarətdə saxlanılması və mütəmadi məlumat mübadiləsinin aparılması üçün bu kimi videokonfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd edib. Diplomatik nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olumuş nəticələr barədə Mərkəzi mütəmadi məlumatlandırmaq tapşırılıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
Dünən, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
Dünən, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
Dünən, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
Dünən, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
Dünən, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
Dünən, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir