11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Rusiya yenə sonuncu yerdədir
Tarix: 27-07-2020 12:48 | Bölmə: Slayd
Rusiya yenə sonuncu yerdədir

Amerikanın "Gallup" sosioloji şirkətinin sorğusuna görə, Rusiya dünyanın aparıcı liderlərinin etimad reytinqində növbəti dəfə son yerdədir.

Reyting.az
“MBK News”-a istinadla xəbər verir ki, “Gallup” reytinqində dörd ölkə iştirak edib: Rusiya, ABŞ, Çin və Almaniya.

Səsvermə zamanı 135 ölkədəki respondentlərdən bu ölkələrin rəhbərliyinə münasibət bildirmələri xahiş olunub. Sorğu 2007-ci ildən bəri keçirilir.

2019-cu ildə aparılmış son sorğunun nəticələrinə görə, Almaniya rəhbərliyinin etimad səviyyəsi 44%, ABŞ-ın 33%, Çinin 32%, Rusiyanın 30% olub.

Son səsvermədə Almaniya rəhbərliyinin etimad səviyyəsi 39%, ABŞ - 31%, Çin - 34%, Rusiya - 30% təşkil edib.

Reytinqin bütün mövcudluğu dövründə Rusiya heç vaxt sonuncu yerdən yuxarı qalxmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}