Türkiyəyə silah satmaqdan imtina ediblər - Silah göndərən şirkətlər sanksiya ilə hədələnir
Tarix: 28-07-2020 11:51 | Bölmə: Slayd
 Türkiyəyə silah satmaqdan imtina ediblər - Silah göndərən şirkətlər sanksiya ilə hədələnir

“Türkiyə artıq Almaniyadan silah almır. Berlin Türkiyənin çoxsaylı silah almaq istəyinə mənfi cavab verib. Türkiyəyə sadəcə, dəniz qüvvələrinin istifadə etdiyi malları veririk”.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın Xarici işlər naziri Heiko Maas “Türkiyəyə niyə silah satırsınız”,- sualına cavabında deyib.

Maas, Türkiyənin NATO müttəfiqi olduğunu, Türk hökumətinin ittifaqı müdafiə edən xidmətlər həyata keçirdiyini elan etməklə yanaşı bildirib ki, Türkiyənin Suriya müharibəsində etdikləri onlar üçün qəbuledilməzdir.

Son həftələr Liviya məsələsində Türkiyəyə qarşı sərt tənqidləri dilə gətirən nazir Maas Avropa Birliyinin (AB) silah sanksiyasını pozan ölkələrə qarşı embarqo planlarına da aydınlıq gətirib.

Xarici güclərin Liviyaya silah göndərməsinə göz yummayacaqlarını xatırladan Almaniyanın baş diplomatı əlavə edib ki, Almaniya, Fansa və İtaliya ilkin mərhələdə Liviyaya üçüncü ölkələrin təlimatı ilə silah göndərən şirkətlərə sanksiya tətbiq edilməsində razılığa gəliblər: “Bu, nəticə verməyəcəyi təqdirdə silah sanksiyasını pozan dövlətlərə qarşı da embarqo tətbiq etmək məcburiyyətindəyik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}