Həmsədrlər Azərbaycan və Ermənistan nazirlərinin görüşünü təşkil etmək istəyir
Tarix: 28-07-2020 19:16 | Bölmə: Slayd
 Həmsədrlər Azərbaycan və Ermənistan nazirlərinin görüşünü təşkil etmək istəyir

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan XİN başçılarının dövlət sərhədindəki vəziyyətlə bağlı görüşü keçirilə bilər.

Rusiya Xarici İşlər Nazirliyindəki (XİN) mənbə “RİA Novosti”yə bildirib ki, iki dövlət arasındakı münasibətlər və koronavirus pandemiyasının dinamikası imkan verəcəyi təqdirdə həmsədrlərlə XİN başçılarının görüşünün payızın əvvəlində keçirilməsi mümkündür.

“Hazırda əsas məsələ Ermənistan-Azərbaycan sərhədində qalmaqda olan gərginliyi azaltmaq və ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik həll yollarını aktivləşdirməkdir”, - deyə mənbə vurğulayıb.

O, görüş yerinin hələ müəyyən edilmədiyini qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}