16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Cənubi Qafqazda güc nümayişi - Gərginlik arta bilər
Tarix: 02-08-2020 20:57 | Bölmə: Slayd
Cənubi Qafqazda güc nümayişi - Gərginlik arta bilər

Son həftələrdə Ermənistanla Azərbaycan Respublikası arasındakı sərhəddə baş verən sporadik qarşıdurmalar yeni bir böhran riskini artırıb. İndi ortaq Türkiyə-Azərbaycan hərbi təlimləri Türkiyə ilə Rusiya arasındakı gərginliyin artmasına səbəb ola bilər.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, İran informasiya agentliyinin təhlil məqaləsi bu cümlələrlə başlayır.

“ISNA”-nın məqaləsində deyilir: Türkiyə və Azərbaycan Respublikasının avqustun 10-dək davam etməsi planlaşdırılan təlimi başlayıb. Bu birgə hərbi əməliyyat iki ölkə arasındakı hərbi müqavilələr, daim genişlənən razılaşmalar çərçivəsində həyata keçirilir.

Ermənistan Silahlı Qüvvələri də iyulun 23-də Rusiya ilə birgə hərbi təlimlər keçirib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Rusiya ilə ortaq əməliyyatlarda, o cümlədən "düşmən dronları"na qarşı mübarizə və "düşmən mövqelərini müəyyənləşdirmək üçün" oxşar təyyarələrdən istifadə edib.

"Deutsche Welle"-nin verdiyi məlumata görə, son vaxtlar Rusiya döyüş helikopterlərinin Ermənistan-Türkiyə sərhəddində olması barədə məlumatlar var.

Rusiya özünü Ermənistanın qoruyucu qüvvəsi hesab edir və minlərlə əsgəri Türkiyə ilə sərhəddəki hərbi bazaya yerləşdirib.

Rusiyanın səyləri

Almaniyanın bir televiziya şəbəkəsinin (“Tageschau”) saytında nəşr olunan məqalədə bildirilir ki, Türkiyə ilə Rusiya arasındakı bölgədə rəqabət güclənir.

Rusiya sərhədlərindən kənarda olan cənub bölgələrini "daxili təhlükəsizliyi üçün vacib sahələr" olaraq görür və vəziyyətlərinin kritik hala gəlməməsindən ehtiyat edir. Bununla əlaqədar Rusiya da tərəflər arasında tarazlığı qorumağa çalışır.

Moskva Ermənistanla sıx əməkdaşlıqdan əlavə, Azərbaycana silah satır.

İyulun ortalarında baş verən sərhəd toqquşmalarından sonra Rusiya hökuməti hər iki tərəfi atəşkəsə çağırıb. Rusiya Ermənistan və Azərbaycan arasındakı əvvəlki münaqişələrdə də oxşar rol oynayıb.

Daimi mübahisə zonası olan Dağlıq Qarabağ bölgəsindən 300 km uzaqlıqda, Tovuzun dağlıq bölgəsində, Cənubi Qafqazda iki rəqib qonşu arasında yeni münaqişə baş verib.

Cənubi Qafqazda güc nümayişi - Gərginlik arta bilər

Türkiyənin rolu

“Tageschau” hesabatında Türkiyə rəhbərliyinin Ermənistan və Azərbaycan arasındakı son qarşıdurmaya "təcavüzkar" müdaxilə etdiyi vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı qınayıb və Azərbaycana dəstək verəcəyinə, Türkiyə müdafiə sənayesinin rəhbəri isə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialının gücləndirilməsinə kömək edəcəyini vəd edib.

Ərdoğan hökuməti, nəyin bahasına olursa olsun, türkdilli Azərbaycan maraqlarının qoruyucusu rolunu oynamağa qərarlıdır.

“Tageschau”-da yazılıb ki, Ankara həmişə "bir millət, iki dövlət" sadiqliyini sübut etməyə çalışır və təkcə Azərbaycana deyil, bölgədəki digər türkdilli ölkələrə də kömək edir və ya dəstək verməyə hazırdır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}