Şəhid generalın adına verilən küçə ilə bağlı anlaşılmazlığa aydınlıq gətirildi - Foto
Tarix: 06-08-2020 10:53 | Bölmə: Slayd
Şəhid generalın adına verilən küçə ilə bağlı anlaşılmazlığa aydınlıq gətirildi

Qəbələ Rayon İcra Hakimiyyəti şəhid general-mayor Polad Həşimovun adı verilən küçə ilə bağlı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib.

Qəbələ Rayon İcra Hakimiyyəti bildirir ki, şəhid general-mayor Polad Həşimovun adının Qəbələ şəhərindəki Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır:

“Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.

Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq”.

Şəhid generalın adına verilən küçə ilə bağlı anlaşılmazlığa aydınlıq gətirildi




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}