Vahid Əhmədov: “Manata ciddi təhlükə yaranıb”
Tarix: 06-08-2020 12:07 | Bölmə: Slayd
Vahid Əhmədov: “Manata ciddi təhlükə yaranıb”

“Həm pandemiya, həm də neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına problem yaradıb və yaratmaqdadır”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

V. Əhmədovun sözlərinə görə, necə ola bilər ki, Azərbaycanda pandemiyanın ən şiddətli dövrü, sərt karantin zamanında dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirdik və 345 milyon profit yarandı?

V. Əhmədov bildirib ki, büdcə dəyişikliyi pandemiya ilə bağlı deyil: “Pandemiyanın şiddətli dövründə deyil, karantin qaydalarının yumşaldığı bir zamanda iqtisadiyyat zəifləyir. Deməli, bu, pandemiya ilə bağlı məsələ deyil”.

Deputat diqqətə çatdırıb ki, Rusiyada, Türkiyədə bütün müəssisələr fəaliyyət göstərir, amma ciddi karantin rejimi də tətbiq olunur: “Biz müəssisələrin açılması ilə bağlı iş görməsək, ilin ikinci yarasında ciddi problemlərlə üzləşəcəyik. Dövlətə gəlir gətirən müəssisələrin fəaliyyətinə icazə verilməlidir. Bəzi müəssisələrin işləməsinə ehtiyac var. Nazirlər Kabineti, Operativ Qərargah bu haqda düşünməli, dövlət büdcəsinə xeyir verən sahələrin işləməsinə şərait yaratmalıdır”.

V. Əhmədov qeyd edib ki, büdcə sisteminin dəyişdirilməsini müzakirə etmək vacib məsələdir: “Çünki qeyri-neft sektorunda gəlir aşağı düşüb. Amma hesab edirəm ki, burada ciddi məsələ istehsal və xidmət sahələrinin fəaliyyətinin bərpa olunmasıdır”.

Deputat manatın taleyi ilə bağlı məsələyə də toxunub: “Neftin qiyməti aşağı düşürsə, qeyri-neft sektorunun gəlirlərinin azalması manatın taleyinə ciddi təsir edir. Biz, bununla bağlı ciddi düşünməliyik. Manatın taleyi necə olacaq? Pandemiya davam edir, iqtisadiyyat böhran vəziyyətindədir, bu da manat üçün ciddi təhlükədir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər