Banklarda bloklanmış əmanətlərlə bağlı qərar verilib
Tarix: 11-08-2020 16:12 | Bölmə: Slayd
Banklarda bloklanmış əmanətlərlə bağlı qərar verilib

Bağlanmış banklarda bloklanmış əmanətlərin qaytarılmasına avqustun 14-dən başlayacaqlar.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondunun müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.

Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanət hesab edilmiş, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.

Qeyd edək ki, sözügedən əmanətlərin qaytarılmasına 14 avqust 2020-ci il tarixdən başlanılacaqdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}