Ermənilərin Qarabağa kütləvi köçü başlayıb - Foto
Tarix: 12-08-2020 09:47 | Bölmə: Slayd
Ermənilərin Qarabağa kütləvi köçü başlayıb

Ermənistan Beyrutdakı partlayışı fürsət bilərək Livan ermənilərinin kütləvi köçünü təşkil edib.

Ermənistan KİV-ləri xəbər verir ki, Livana humanitar yardım daşıyan təyyarələr Yerevana geri qaydarkən köçməyə razılıq verən erməniləri də göyərtəsinə götürür.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan ilk 2 reysdə 56 nəfərin, sonuncu reys zamanı isə daha 45 Livan ermənisinin Yerevana gətirildiyini bildirib.

O, köç prosesinin davam edəcəyini və Livan ermənilərinin Ermənistan pasportu alması üçün prosedurun maksimum sadələşdirildiyini də əlavə edib.

Xatırladaq ki, köçürülən ermənilərin bir hissəsinin Azərbaycanın işğal altındakı Qarabağda yerləşdirilməsi planlaşdırılır.(Modern.az)

Ermənilərin Qarabağa kütləvi köçü başlayıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}