16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ceyhun Bayramov: “Ermənistan neft kəmərlərinə təhlükə yaratmaq istəyirdi”
Tarix: 13-08-2020 10:39 | Bölmə: Slayd
Ceyhun Bayramov: “Ermənistan neft kəmərlərinə təhlükə yaratmaq istəyirdi”

Türkiyədə səfərdə olan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov “Milliyyət”ə müsahibə verib.

Reyting.az
həmin müsahibənin maraqlı məqamlarını təqdim edir.

“Azərbaycan üçün status-kvo qəbuledilməzdir. Artıq beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana təcavüzünə biganə qalmamalıdır. Minsk qrupu üzvlərinin beynəlxalq hüquq normalarına uyğun bir vəziyyətdə yalnız qardaş ölkə Türkiyənin olduğunu görürük", - Ceyhun Bayramov söyləyib.

Bayramov Ermənistanla münasibətlərdəki gərginlikdən də danışıb: “Ermənistanın bütün hücum cəhdləri dəf edildi. Azərbaycan mühüm neft və qaz xətlərinin, beynəlxalq avtomobil yollarının və dəmir yollarının təhlükəsizliyini səmərəli şəkildə təmin edir".

Ermənistanın Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ bölgəsini və ətraf şəhərləri işğal etdiyini, bəzən sərhədin müxtəlif hissələrində təcavüzə məruz qaldığını deyən Bayramovun sözlərinə görə, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur: "Xüsusilə problemi həll etmək üçün səy göstərməli olan dövlətlərin laqeydliyi Ermənistan rəhbərliyinə Tovuz bölgəsinə hücum cəhdini həyata keçirməyə cəsarət verdi".

Ceyhun Bayramov: “Ermənistan neft kəmərlərinə təhlükə yaratmaq istəyirdi”

Bayramov bildirib ki, Tovuz rayonuna hücum etməklə Ermənistan rəhbərliyi xalqın daxili problemlərini unutdurmağı və Azərbaycanın mühüm təbii qaz və neft ehtiyatlarının nəql olunduğu boru kəmərləri, habelə Azərbaycan və Gürcüstan arasındakı ən vacib avtomobil və dəmir yolu xətti üçün təhlükə yaratmağı hədəfləyib:

“Ermənistan heç bir mənfur siyasətini həyata keçirə bilmədi və işğalçıların bütün hücum cəhdləri dəf edildi. Azərbaycan mühüm neft və qaz xətlərinin, eləcə də beynəlxalq avtomobil və dəmir yollarının təhlükəsizliyini səmərəli şəkildə təmin edir. Tovuz rayonuna hücum zamanı təbii qazın və neftin bu xətlər vasitəsilə beynəlxalq bazarlara daşınmasında problem olmayıb. Ermənistanın həyata keçirəcəyi təxribatlar silahlı qüvvələrimizdən lazımi cavabı alacaqdır. Hərbi cəhətdən kifayət qədər gücümüz var".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}