Ərdoğan türk kəndlərində hərbi təlim qərarı verən Yunanıstanı hədələdi
Tarix: 15-08-2020 21:32 | Bölmə: Slayd
Ərdoğan türk kəndlərində hərbi təlim qərarı verən Yunanıstanı hədələdi

"Əgər Aralıq dənizindəki "Oruc Rəis” gəmimizə ən kiçik təhdid, yaxud hücum olarsa, dərhal gərəkli cavabı verəcəyik".

Reyting.az 
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Şərqi Aralıq dənizində və Türkiyə ilə quru sərhədində yaratdığı gərginliklə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ərdoğan bildirib ki, Türkiyə bu günə qədər Yunanıstana qarşı yumşaq davranıb: "Ancaq biz bunun qarşılığını görmədik. O üzdən bəyan edirəm ki, 100 il əvvəlki Sevr anlaşmasını necə cırıb ataraq Vətənimizi qoruduqsa, indi də dəniz sularımızı ("Mavi Vətən") elə qoruyacağıq. Bunu hər kəsin bilməsi lazımdır. Artıq Türkiyənin istər masada, istərsə də sahədəki gücünü rəqiblərimiz də bilir, qiymətləndirir. Odur ki, Yunanıstandan ilk növbədə Qərbi Trakyada türk kökənli insanlara qarşı qaba fəaliyyətini dayanadırmağı tələb edirik. Əgər Yunanıstan belə qaba fəaliyyətindən əl çəkməzsə, gərəyini edərik".

Ərdoğan deyib ki, Türkiyəni kimsə təhdid və ya sanksiya dili ilə yolundan geri çəkindirə bilməz: "Bizim "Oruc Rəis" gəmimiz avqustun 23-dək Aralıq dənizində fəaliyyətini davam etdirəcək. Əgər gəmimizə ən kiçik taciz olarsa, kəskin cavabını verməkdən çəkinməyəcəyik!".

Xatırladaq ki, bir neçə gün əvvəl yunan gəmilərindən "Oruc Rəis" gəmisinə atəş açılıb. Türk hərbçiləri buna daha ağır cavab veriblər.

Bundan bir gün sonra isə yunanlar Qərbi Trakya bölgəsində türklərin yaşadığı kəndlərdə hərbi təlimə start veriblər. Türkiyə mətbuatı yazır ki, onlar türk insanlarına gözdağı vermək üçün hətta türk məzarlığında və yaşayış evlərinin aralarında hərbi təlimlər gerçəkləşdiriblər. Hazırda bu təlimlər bölgədə davam edir, türk ailələr isə həyəcan təbili çalırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər