Belarusda nazirlər, dövlət kanalı və teleradio şurasının heyəti istefa verib
Tarix: 17-08-2020 11:53 | Bölmə: Slayd
Belarusda nazirlər, dövlət kanalı və teleradio şurasının heyəti istefa verib

Belarus hökuməti prezident elan edilmiş Aleksandr Lukaşenko qarşısında istefa verib.

“BELTA” xəbər verir ki, prosedur Belarus Konstitusiyasının 106-cı maddəsi və “Belarus Respublikasının Nazirlər Şurası haqqında" qanuna əsasən keçirilib.

Bu arada Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları da tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.

“tut.by” xəbər verir ki, 600 nəfər şirkət binası qarşısında nümayişə çıxacağını elan edib.

Məlumata görə, tətili elan etmədən öncə onlar şirkət rəhbəri İvan Eysmonta məktub ünvanlayıblar. Məktubda işçilər seçki nəticələrini saxta elan olunması, MSK sədri Lidiya Yermoşinanın istefaya göndərilməsi, siyasi məhbusların azad edilməsi, KİV-də senzuranın ləğvini tələb ediblər.

Bildirilib ki, məktubu imzalayanların sayı 55-i ötüb. Qeyd olunub ki, şirkətin 1,5 min əməkdaşı var.(Report)

Reyting.az




Bölməyə aid digər xəbərlər