Prezident 5 zabitə ali hərbi rütbə verib
Tarix: 17-08-2020 13:58 | Bölmə: Slayd
Prezident 5 zabitə ali hərbi rütbə verib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Araz Məmməd oğlu Məmmədova

general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə

general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova

polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.




Bölməyə aid digər xəbərlər