Keçmiş prezident sosial şəbəkə ulduzuna çevrilib - Videolar
Tarix: 19-08-2020 13:09 | Bölmə: Slayd
Keçmiş prezident sosial şəbəkə ulduzuna çevrilib

İranın sabiq prezidenti Mahmud Əhmədinejad bir çox xüsusiyyəti ilə cəmiyyətdə çox populyardır. O, dünya liderlərinə yazdığı məktublar, həm də sosial şəbəkədəki satirası ilə tez-tez hədəfə düşür.

Reyting.az
“Atlantic Council”-ə istinadla xəbər verir ki, "Qardaşınız Mahmud Əhmədinejad", - deyə Səudiyyə Ərəbistanının tacdar şahzadəsinə ünvanladığı son məktuba dərkənar qoymuş İranın keçmiş prezidenti yenidən gündəmə gəlib.

Buna qədər Əhmədinejad heç bir cavab almadığı ABŞ prezidenti Donald Trampa yazılmış 3 məktuba imza atıb.

Əlbəttə, “Twitter”, “Facebook” və “YouTube” da dolayısı ilə eks-prezidentə “xal qazandırır”.

Sosial mediada Əhmədinejadın 2021-ci ildə İrandakı prezident seçkilərində iştirak etməyi planlaşdırdığı barədə müzakirələr gedir. Əhmədinejadın bir sıra əyalətlərə səfərləri də onun yenidən namizəd olmağa cəhdi kimi qiymətləndirilir.

Daxili siyasi səhnədə qəfil yenidən fəallaşmış Əhmədinejada sosial şəbəkələrdə bir çox iranlı "Mamuti" ləqəbi verib. Eks-prezidenti müxtəlif kliplərdə baş qəhrəman edirlər. O cümlədən “Game of Thrones” (“Taxt Oyunları”) serialının personajı Daenerys Targaryen - əjdahaların anası kimi.

Bəzi şəbəkə istifadəçiləri musiqi videolarında müğənnilər Billi Eyliş, Nikki Minaj, Cennifer Lopez və Selena Qomezi Əhmədinejada bənzədirlər. Digər bir populyar paylaşma Əhmədinejadı mərhum amerikalı rəssam Bob Rossa oxşatmadır.

“Mamuti” izləyicilərinə deyir: "Bu gün keçmişdən danışmaq istəyirəm. Ah, necə gözəl dövr idi? Vəziyyət indiki kimi dəhşətli deyildi..."

“Mamouti” haştaqı ilə paylaşımlar Mahmud Əhmədinejadın 2021-ci il seçkilərində iştirakını əngəlləyəcəkmi?

"Seçkilər haqqında belə düşünmürəm. Bu gün haqqında düşünməliyik”, - deyə eks-prezidentin özü son müsahibələrindən birində bildirib. Avqustun 10-da Nəzarət Şurasının sözçüsü də keçmişdə seçkidə namizəd olmuş şəxslərin 2021-ci ildə qeydə alınmayacağını deyib.

Bu, Əhmədinejada açıq-aydın eyhamdır.







Bölməyə aid digər xəbərlər