Türkiyə üçün böyük tapıntı: qardaş ölkə 20 illik ehtiyacını ödəyə biləcək
Tarix: 21-08-2020 02:20 | Bölmə: Slayd
Türkiyə üçün böyük tapıntı: qardaş ölkə 20 illik ehtiyacını ödəyə biləcək

Türkiyə Qara dənizdə təbii qaz yatağı tapıb. Məlumata görə, həmin yataq 800 milyard kubmetr ehtiyata malikdir.

Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik məlumatı vəzifəli şəxslərdən əldə edib.

Bildirilir ki, Qara dənizdəki "Tuna-1" quyusunda Türkiyənin 20 illik təbii qaz ehtiyacını ödəyəcək qədər ehtiyat var. İlkin ehtimala görə, quyunun işlənməsi üçün 7-10 il arası vaxt və 2-3 milyard dollar investisiya tələb olunacaq.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan cümə günü müjdəli bir xəbər verəcəyini elan etmişdi. Daha sonra "Bloomberg" Qara dənizdə kəşf edilən təbii qaz ehtiyatının Ərdoğanın elan edəcəyi "müjdə" olacağını bildirmişdi.

Türkiyə üçün böyük tapıntı: qardaş ölkə 20 illik ehtiyacını ödəyə biləcək

Reyting.az




Bölməyə aid digər xəbərlər