“Lotu Quli”nin qətlini sifariş edən qruplaşmanın adı açıqlanıb - İddia
Tarix: 21-08-2020 11:50 | Bölmə: Slayd
“Lotu Quli”nin qətlini sifariş edən qruplaşmanın adı açıqlanıb

Avqustun 20-i gecə Antalyada qətlə yetirilən “qanuni oğru” Nadir Səlifov (Loqu Quli) ilə bağlı yeni iddialar ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, kriminalist Mixail İqnatov cinayətin Rusiyadakı bazar və ticarət mərkəzlərinə nəzarət uğrunda mübarizənin nəticəsi olduğunu deyib. Onun fikrincə, qətl azərbaycanlı və çeçen qruplaşmlarının bazara nəzarət uğrunda mübarizəsinin nəticəsidir.

“Azərbaycanlı cinayətkar qruplaşmalar başqa ölkələrdə meyvə, tərəvəz və göyərti satan soydaşlarına nəzarət edirlər. Cəfəri, sarımsaq və s. göyərti məhsullarından 200-300 faiz gəlir əldə etmək olur. Bu, narkoticarətdən gələn gəlirlərlə müqayisə oluna bilər”,- deyən kriminalist qeyd edib ki, “Lotu Quli” çeçen qruplaşmaları ilə “Fud Siti”, “Dörd mövsüm” və s. topdansatış mərkəzləri və bazarlara nəzarət uğrunda mübarizə aparıb. “Hər ay yüz milyonlarla dollar gəlir gətirən bu sahələr 2014-2015-ci ildən gedən müharibənin əsas səbəbidir”,- M. İqnatov əlavə edib.(Modern.az)




Bölməyə aid digər xəbərlər