Sergey Lavrov: “Tovuzdakı döyüşlərin səbəbkarı Ermənistandır”
Tarix: 21-08-2020 12:13 | Bölmə: Slayd
Sergey Lavrov: “Tovuzdakı döyüşlərin səbəbkarı Ermənistandır”

12-16 iyul tarixlərində Ermənistan və Azərbaycan arasında sərhəd münaqişəsi 2016-cı ilin aprelindən sonra ikinci ən genişmiqyaslı münaqişə olub. Son 26 il ərzində ilk dəfə olaraq artilleriya, minaatan və pilotsuz uçan aparatlardan istifadə edilən döyüşlər Qarabağ ərazisində deyil, iki ölkə arasındakı dövlət sərhədində baş verib.

Reyting.az
xəbər verir ki, bunu “Trud” qəzetinə müsahibəsində Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

S. Lavrov bildirib ki, Ermənistan tərəfin Azərbaycanın ixrac boru kəmərlərindən 15 km məsafədə yerləşən köhnə sərhəd nəzarət-buraxılış məntəqəsini bərpa etmək qərarı bəzilərinin narahatlığının artmasına, digərlərinin əsassız cavab reaksiyasına səbəb olub və təxminolunmaz nəticələri ola biləcək qarşıdurmaya gətirib çıxarıb.

Vəziyyəti sabitləşdirmək üçün bu il iyulun 13-də Rusiya XİN tərəflərə dərhal atəşi kəsmək çağırışı ilə müraciət edib. ATƏT-in Minski Qrupunun pusiyalı həmsədri Popov hər iki ölkənin XİN rəhbərliyi ilə birbaşa əlaqə saxlayıb. Nəticədə, ilk cəhddə olmasa da, iyulun 16-da atəşkəs rejiminə keçilib.

Lavrov, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin ən qısa müddətdə bərpasına ümid edir. “ATƏT-in Minsk Qrupundan olan tərəfdaşlarımızla birlikdə bunun üzərində işləyirik”, - Lavrov bildirib.





Bölməyə aid digər xəbərlər