Eldar Həsənov ifadə verməkdən imtina edir
Tarix: 21-08-2020 12:52 | Bölmə: Slayd
Eldar Həsənov ifadə verməkdən imtina edir

Vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitindən təyinatı üzrə istifadə etməmək ittihamı ilə həbs edilmiş Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov özünü təqsirli bilmir. O, ittihamları qərəzli, əsassız hesab edir və ifadə verməkdən imtina edir. Reyting.az xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov bildirib.

Həsənov həbsini “anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib”, - deyə vəkil əlavə edib.

Onun sözlərinə görə, E. Həsənovun səhhətində problemlər var. Yaxın günlərdə müdafiə tərəfi Həsənovun ev dustaqlığına keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, Həsənov 2013-cü ildən keçmiş Yuqoslaviya respublikalarında, ondan əvvəl isə Rumıniyada səfir idi. 1995-2000-ci illərdə baş prokuror vəzifəsində işləyib.(Turan)




Bölməyə aid digər xəbərlər