Bill Qeyts koronavirusla bağlı qorxunc proqnoz verib
Tarix: 22-08-2020 11:24 | Bölmə: Slayd
Bill Qeyts koronavirusla bağlı qorxunc proqnoz verib

Koronavirus pandemiyası, əsasən yoxsul ölkələrdə milyonlarla insanı məzarlığa aparacaq. Onların ölümü səhiyyə sisteminin və iqtisadiyyatın dağılması səbəbindən baş verəcək.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, “Microsoft” şirkətinin yaradıcısı, məşhur milyarder Bill Qeyts belə proqnozla çıxış edib.

Milyarder epidemiyanın 2021-ci ilin sonuna qədər davam edəcəyini də proqnozlaşdırır.

Onun sözlərinə görə, peyvəndin tezliklə kütləvi istehsalına başlanacaq.

“İlk olaraq “AstraZeneca” firmasının və Oxford Universitetinin dərmanları buraxılacaq – onlar buna hamıdan daha yaxındır”, - Qeyts əlavə edib.




Bölməyə aid digər xəbərlər