Amerikalı casus Azərbaycanı rus kəşfiyyatına “satıb” - Foto
Tarix: 22-08-2020 13:54 | Bölmə: Slayd
Amerikalı casus Azərbaycanı rus kəşfiyyatına “satıb”

Avqustun 25-də ABŞ federal məhkəməsində Rusiyanın nəfinə casusluq etmiş Peter Rafael Dzibinski Debbinsə qarşı proses start götürəcək.

Reyting.az
“The New York Times”-a istinadla xəbər verir ki, 45 yaşlı Debbinsin anası keçmiş Sovet İttifaqında anadan olub, bu da onun qismən Rusiyaya marağını artırıb. Ora ilk səfərlərindən birində gələcək arvadı ilə görüşüb. Onun atası rus hərbçisi olub.

İttihama görə, Debbins ilk dəfə 1996-cı ildə Rusiyada oxuyarkən, Rusiya kəşfiyyatı tərəfindən ələ alınıb. O, rus əməliyyatçılarına "Rusiyanın övladı" olduğunu və Birləşmiş Ştatlar ordusuna qatılmağı planlaşdırdığını söyləyib. Daha sonra Rusiyadakı bir hərbi bazada əməliyyatçılarla görüşüb. Prokurorların dediyinə görə, Debbins Rusiyaya xidmət etmək istədiyini söyləyib, ona verdikləri kod adı İkar Lesnikov olub.

Prokurorlar Debbinsin Minnesota Universitetini bitirdikdən sonra 1998-ci ildə orduya qatıldığını bildirib. Bir il sonra Cənubi Koreyaya səfərindən sonra casus Rusiyaya qayıdıb və QRU-nun əməliyyatçıları ilə görüşüb. Debbins QRU-da Birləşmiş Ştatların Xüsusi Təyinatlı Qüvvələrinə qoşulma planlarını açıqlayıb. QRU piyada komandiri olaraq rus kəşfiyyatına heç bir faydası olmadığını söyləyərək onu həvəsləndirib və Debbinsə əvvəlcə rədd etdiyi 1000 dollar təklif olunub.

Xüsusi Təyinatlı Qüvvələrdə olarkən, Debbins 2003-cü ildə Rusiyaya gedib.

2005-ci ildə o, təhlükəsizlik qaydaları pozuntusuna görə Azərbaycandakı komandanlıqda xidmətini bitirib. Təxminən 2008-ci ildə Debbins bir daha Rusiyaya yola düşərək, bölməsinin Azərbaycan və Gürcüstandakı missiyası və fəaliyyətləri barədə məlumat verib.

Amerikalı casus Azərbaycanı rus kəşfiyyatına “satıb”




Bölməyə aid digər xəbərlər