00:08 / 22-06-2025
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb
21:23 / 21-06-2025
Ceyhun Bayramov Suriya XİN başçısı ilə görüşüb
19:32 / 21-06-2025
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
19:27 / 21-06-2025
Deputat: “Muxtariyyətin ləğvi barədə düşünmək lazımdır”
19:00 / 21-06-2025
Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib
18:49 / 21-06-2025
Nazir: Trampın Xamnəi ilə bağlı dedikləri təhdid yox, təhqirdir
18:22 / 21-06-2025
Müxalifətçi azadlığa buraxılıb
18:19 / 21-06-2025
İranla bağlı məxfi danışıqların üstü açılır
18:12 / 21-06-2025
“Real Ermənistan” erməniləri niyə qorxudur?
18:07 / 21-06-2025
AMEA-nın tenderi ləğv olunub
17:57 / 21-06-2025
Dövlət Neft Fondunda yoxlama aparılıb
17:50 / 21-06-2025
İran rəsmisi uğursuzluğu etiraf edir: “Bütün komandirlər bir saat ərzində öldürüldü”
17:40 / 21-06-2025
Diplomatların Qarabağa səfəri başa çatıb - Foto
17:31 / 21-06-2025
"Büdcə sistemi haqqında" qanun dəyişir - Detallar
17:15 / 21-06-2025
Trampın xüsusi nümayəndəsi vədlərinə əməl etmir
17:12 / 21-06-2025
Qabiliyyət imtahanlarına start verilib
17:02 / 21-06-2025
Deputatlar daha 12 qanunu müzakirəyə çıxarır
16:49 / 21-06-2025
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb
16:48 / 21-06-2025
Zelenski: Ukraynada 695 min rus əsgəri var
16:45 / 21-06-2025
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
16:31 / 21-06-2025
Türk ordusu PKK-nın silah-sursat mağarasını məhv edib - Foto
15:58 / 21-06-2025
Prezident icra başçısını vəzifədən azad edib
15:44 / 21-06-2025
Putin Trampa əsl münasibətini göstərib
15:18 / 21-06-2025
İran ABŞ-a məxsus onlarla bazaya zərbələr endirə bilər
15:10 / 21-06-2025
ABŞ Yaxın Şərqdəki mühüm aviabazadan onlarla təyyarəni çıxarıb - Foto
13:39 / 21-06-2025
Nüvə alimi həyat yoldaşı ilə birlikdə öldürülüb - Foto
13:08 / 21-06-2025
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
12:54 / 21-06-2025
Naxçıvanın Konstitusiyası dəyişir
12:47 / 21-06-2025
Daha bir rayona prokuror təyin edilib
11:50 / 21-06-2025
NATO-nun mövcudluğu sual altına düşüb
22:59 / 17-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

11:19 / 17-06-2025

12:34 / 18-06-2025

07:02 / 17-06-2025

10:52 / 18-06-2025

16:11 / 19-06-2025

16:25 / 18-06-2025

07:51 / 17-06-2025

08:34 / 18-06-2025

08:01 / 18-06-2025

Fəzail Ağamalı: “Özünü mafiya başçısı kimi aparan Ramiz Mehdiyev də cəzalandırılmalıdır”
Tarix: 23-08-2020 00:12 | Bölmə: Slayd

“Bütün dünya və onun bir parçası kimi Azərbaycan koronavirusun törətdiyi ağır məhrumiyyətlərin içərisindədir. Bu ümumibəşəri bəladan az itki ilə çıxmaq üçün dövlətimiz bütün imkanlarını səfərbər edib, xalqımızla bərabər sözün həqiqi mənasında gözəgörünməz düşmənlə ağır döyüşlər aparmaqdadır. Karantin rejiminin tələblərinin yerinə yetirilməsi pandemiya ilə mübarizədə həlledici rol oynayır”.
Reyting.az xəbər verir ki, bu fikirlərin müəllifi Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.
F. Ağamalı təəssüflə qeyd edir ki, bir sıra hallarda vətəndaşlarımız qaydaları yerinə yetirmədiyinə görə haqlı olaraq Azərbaycan qanunları çərçivəsində cəzalandırılır: “Bu baxımdan istisnalar yoxdur və ola da bilməz. Ancaq ölkədə özünü qanunların və dövlətin fövqündə hiss edən, dövlətçiliyimizə ciddi zərbələr vurmağa cəhdlər göstərən, öz hərəkət və davranışları ilə dövlətimizə və xalqımıza meydan oxuyan, hikkəsindən və Azərbaycana olan nifrətindən qaynaqlanan əməlləri ilə cəmiyyətimizdə Prezident İlham Əliyevə inamsızlıq toxumları səpməkdə davam edən Ramiz Mehdiyev pandemiyadan doğan karantin rejiminin tələblərini pozaraq, qəsdən və düşünülmüş şəkildə ciddi qanun pozuntularına yol verərək nəvəsinin toy məclisini təşkil edib. Bununla Ramiz Mehdiyev bütün dəyərləri tapdalayaraq insanlarımıza olduqca pis nümunə təqdim edib.
Nəzərə alsaq ki, o, hazırda elmimizin məbədi hesab edilən Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, yüksək dövlət təltiflərinin daşıyıcısıdır, günahları daha bağışlanmaz mahiyyət daşıyır. Aylardır övlad toyu edə, evindən gəlin köçürə bilməyən on minlərlə ata-analarımızda, ailə həyatı qura bilməyən gənclərimizdə xəyal qırıqlığı yaradan Ramiz Mehdiyevin nə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi nüfuzlu vəzifəni, nə də dövlət təltiflərini daşımağa heç bir mənəvi haqqı yoxdur. Onun son əməlləri haqlı olaraq xalqımızda Ramiz Mehdiyevə qarşı dərin nifrət və ciddi narazılıqlar yaradıb”.

Milli Məclis üzvü qeyd edib ki, dövlətimizə və xalqımıza meydan oxuyan bu anti-milli ünsürə qarşı nəhayət ki, sərt tədbirlər həyata keçirilməli, qanunun aliliyi hər kəs üçün keçilməz olmalıdır: “Görünən odur ki, bütün xalqımız haqlı olaraq dövlətimizdən və hüquq-mühafizə orqanlarından Ramiz Mehdiyevə qarşı sərt addımların atılmasını gözləyir. Nəhayət, dövlətimizin ayaqları altına basdırılan bu təhlükəli minadan xilas olmağın zamanıdır”.
Fəzail Ağamalı xüsusi olaraq qeyd edib ki, Ramiz Mehdiyevin nəvəsinin toyuna şəxsən dəvət etdiyi bəzi adamlar haqqında KİV-lərdə kifayət qədər məlumatlar yayılıb. Onlardan biri də Milli Məclisin komitə sədri Siyavuş Novruzovdur. O, həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva ilə bərabər toyda iştirak edib. F. Ağamalı isə deputat həmkarının bu hərəkətini gözlənilən saymır: “Mən, heç bir halda təsəvvür etməzdim ki, Siyavuş Novruzov bu mərasimdə iştirak edə bilər. Çünki Siyavuş Novruzov Milli Məclisin tribunasından dəfələrlə hamını sərt karantin rejiminə əməl etməyə çağırıb. Siyavuş Novruzov karantin qaydalarını pozan şəxslərin sərt şəkildə cəzalandırılmasını dəfələrlə tələb edib. Ancaq bu cür fikirlər səsləndirən Siyavuş Novruzovun özü tərəfindən tələblərin kobud şəkildə pozulması, qadağan olunan toy mərasimində iştirakı hec cür başa düşülən və qəbul edilən deyil.

Digər tərəfdən, Siyavuş Novruzov ermənilərə qarşı sərt mövqeyini hər zaman ifadə edib, ermənilərin “ovuna çıxması” haqqında fikirlər irəli sürüb. Bununla bərabər, Siyavuş Novruzov Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində başdan-başa ermənilərin tam əhatəsində idi. Ramiz Mehdiyevin erməni olan arvadı Qalina, onun qardaşı və Ramiz Mehdiyevin kürəkəni erməni Levon, Levonun erməni uşaqlarının əhatəsində toy mərasimində iştirak edən Siyavuş Novruzov doğrudanmı orada vicdan əzabı çəkmədi? Əgər zərrə qədər mənəvi əzab çəksəydi, o zaman mətbuata verdiyi açıqlamalarında "iştirak etmişəm, yaxşı eləmişəm",- kimi ifadələr işlətməzdi”.
Partiya sədri diqqətə çatdırıb ki, Ramiz Mehdiyevin şərəfinə sağlıq deyən və böyük riyakarlığı, yaltaqlığı özündə ifadə edən Abel Məhərrəmov o çıxışı ilə hər bir azərbaycanlının dərin nifrətini qazanıb: “Ziyalı belə olmaz, əsl ziyalının ləyaqəti olar. Ziyalı və ya alim heç bir zaman kimsənin qarşısında bu qədər alçaldıcı hərəkətlər etməz. Görünən odur ki, Abel Məhərrəmov alimlik və ziyalılıq kimi yüksək dəyərlərdən uzaqdır”.

F. Ağamalı daha sonar yazır: “Toya ev sahibliyi edənlərdən biri, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə qarşı məhkəmə tərəfindən 15 sutkalıq həbs qərarı çıxarıldı. Bu qərar çox doğru addımdır. Düşünürəm ki, bu ilk addımdır və bununla kifayətlənmək olmaz. O, özünü çox idarəolunmaz bir adam kimi aparırdı. Onun mətbuata verdiyi iddialı açıqlamalar hər kəsə tanışdır. Belə idarəolunmaz və son dərəcə təkəbbürlü bir insanın Azərbaycan qanunları qarşısında aciz vəziyyətə düşməsi təqdir olunur və alqışa layiqdir. Lakin düşünürəm ki, bu cəza kifayət deyil. Bu toyun əsas təşkilatçısı olan, özünü mafiya başçısı kimi aparan, milli-mənəvi dəyərlərimizə hörmət bəsləməyən, indiki stiuasiyanı nəzərə almayan, Azərbaycan xalqı ilə dövlət arasında ciddi problemlər yaratmaq istəyən və buna illərdir xidmət edən Ramiz Mehdiyev də cəzalandırılmalıdır. Əgər Ramiz Mehdiyev cəzalanmasa, o zaman xalqımızda dövlətimizə qarşı xəyal qırıqlığı yarana bilər. Əminəm ki, dövlətimiz buna imkan verməyəcək”.
Bölməyə aid digər xəbərlər

Dünən, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
Dünən, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
Dünən, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
Dünən, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
Dünən, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
Dünən, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
Dünən, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir