Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa verilib - Vəkil
Tarix: 25-08-2020 00:31 | Bölmə: Slayd
Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa verilib

Azərbaycan Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və Dövlət Təhlükəsziliyi Xidmətinin (DTX) İstintaq İdarəsində istintaqı aparılan cinayət işindən keçmiş səfir Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib.

Reyting.az
xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Adil İsmayılov açıqlama yayıb.

Vəkil, müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün E. Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlıq edib.

A. İsmayılov bildirib ki, E. Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid bəsləyir. A. İsmayılov əlavə edib ki, vəsatətin təmin edilməsi müvəkkilinin ümidini artırıb.




Bölməyə aid digər xəbərlər