00:08 / 22-06-2025
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb
21:23 / 21-06-2025
Ceyhun Bayramov Suriya XİN başçısı ilə görüşüb
19:32 / 21-06-2025
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
19:27 / 21-06-2025
Deputat: “Muxtariyyətin ləğvi barədə düşünmək lazımdır”
19:00 / 21-06-2025
Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib
18:49 / 21-06-2025
Nazir: Trampın Xamnəi ilə bağlı dedikləri təhdid yox, təhqirdir
18:22 / 21-06-2025
Müxalifətçi azadlığa buraxılıb
18:19 / 21-06-2025
İranla bağlı məxfi danışıqların üstü açılır
18:12 / 21-06-2025
“Real Ermənistan” erməniləri niyə qorxudur?
18:07 / 21-06-2025
AMEA-nın tenderi ləğv olunub
17:57 / 21-06-2025
Dövlət Neft Fondunda yoxlama aparılıb
17:50 / 21-06-2025
İran rəsmisi uğursuzluğu etiraf edir: “Bütün komandirlər bir saat ərzində öldürüldü”
17:40 / 21-06-2025
Diplomatların Qarabağa səfəri başa çatıb - Foto
17:31 / 21-06-2025
"Büdcə sistemi haqqında" qanun dəyişir - Detallar
17:15 / 21-06-2025
Trampın xüsusi nümayəndəsi vədlərinə əməl etmir
17:12 / 21-06-2025
Qabiliyyət imtahanlarına start verilib
17:02 / 21-06-2025
Deputatlar daha 12 qanunu müzakirəyə çıxarır
16:49 / 21-06-2025
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb
16:48 / 21-06-2025
Zelenski: Ukraynada 695 min rus əsgəri var
16:45 / 21-06-2025
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
16:31 / 21-06-2025
Türk ordusu PKK-nın silah-sursat mağarasını məhv edib - Foto
15:58 / 21-06-2025
Prezident icra başçısını vəzifədən azad edib
15:44 / 21-06-2025
Putin Trampa əsl münasibətini göstərib
15:18 / 21-06-2025
İran ABŞ-a məxsus onlarla bazaya zərbələr endirə bilər
15:10 / 21-06-2025
ABŞ Yaxın Şərqdəki mühüm aviabazadan onlarla təyyarəni çıxarıb - Foto
13:39 / 21-06-2025
Nüvə alimi həyat yoldaşı ilə birlikdə öldürülüb - Foto
13:08 / 21-06-2025
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
12:54 / 21-06-2025
Naxçıvanın Konstitusiyası dəyişir
12:47 / 21-06-2025
Daha bir rayona prokuror təyin edilib
11:50 / 21-06-2025
NATO-nun mövcudluğu sual altına düşüb
22:59 / 17-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

11:19 / 17-06-2025

12:34 / 18-06-2025

07:02 / 17-06-2025

10:52 / 18-06-2025

16:11 / 19-06-2025

16:25 / 18-06-2025

07:51 / 17-06-2025

08:34 / 18-06-2025

08:01 / 18-06-2025

Yeni Azərbaycan Partiyasında kadr və struktur dəyişikliyi gözlənilir
Tarix: 25-08-2020 09:15 | Bölmə: Slayd

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy mərasimi hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəziyyəti gərginləşdirib.
Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin toy sahibi kimi karantin rejiminin pozulmasına görə təqsirləndirilərək 15 sutka həbs edilməsi, mərasimə qonaq qismində qatılan YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzova töhmət verilməsi, ardınca onun partiyadakı vəzifəsindən istefa verməsi, YAP-ın rəhbər strukturunda təmsil olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun, keçmiş Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun cərimələnməsi də bu gərginliyi artıran səbəblərdəndir.
Üstəlik, Ramiz Mehdiyevin də olaylara səssiz qalmaması, dünən qəzəbli açıqlama və bəzi mesajlar verməsi, eyni zamanda YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən bəzi deputatların qarşılıqlı ittihamlarla çıxış etmələri partiyada ciddi dəyişikliklər olacağı ehtimalını qüvvətləndirib.
Reyting.az Modern.az-a istinadla xəbər verir ki, YAP-da dəyişiklik məsələsini gündəmə gətirən digər səbəbləri də unutmaq olmaz: partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olmuş YAP-ın rayon təşkilat sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb.
Bütün bunlar YAP-ın imicinə ciddi zəbə vurub.
Proseslərin gedişi və baş verənlərin təhlili göstərir ki, Yeni Azərbaycan Partiyası növbədənkənar qurultaya gedə bilər. YAP Sədri, Prezident İlham Əliyev də bundan öncələr hakim partiyada struktur islahatlarının vacibliyini vurğulamışdı.
YAP-ın İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun açıqlamasını da yaddan çıxarmayaq: “Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü olması bizi məyus edir. YAP çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun".
Deyəsən YAP-da gözlənilən ciddi islahatların vaxtı artıq çatıb.
Son hadisələr YAP-da dəyişikliklər məsələsini yenidən gündəmə gətirməklə yanaşı, partiya üzvləri arasında əsəbləri də tarıma çəkib, ikitirəlik yaradıb.
Söhbət təbii ki, YAP-ın rəhbər strukturlarında ehtimal olunan dəyişikliklərdən gedir. Məlum toy qalmaqalından sonra yaranmış gərginlik bəzi köhnə YAP-çıların rəhbər strukturlarda təmsilçiliyini sual altına salıb.
Bu aralar partiyada islahatlar aparılmasının vacibliyi ayrı-ayrı YAP-çılar tərəfindən də tez-tez səsləndirilir. Məsələn, YAP Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayev vaxtaşırı bu tələblə çıxış edir. Onun iki gün öncəki açıqlamasında bu tələb bir daha gündəmə gətirilib.
“Partiyamıza qara niyyətlə gələnlər, öz şəxsi mənafeyini YAP-ın mənafeyindən üstün tutanlar, mənəm-mənəmlik iddiası ilə yaşayanlar ciddi cəzalanmalı və YAP-ın sıralarından uzaqlaşdırılmalıdırlar! YAP-da satqınlara, xəyanətkarlara, əqidəsizlərə, yaltaqlara, mövqesizlərə yer olmamalıdır! Cinayət və xəyanət olan yerdə cəza tədbiri görülməzsə, onda vətəndaşlarda partiyamıza qarşı inamsızlıq yarana bilər.
Bir daha deyirəm, yaxın günlərdə YAP-ın bütün rəhbər qurumlarında islahatlar aparılmalıdır, buna ciddi ehtiyac var”, - M. Musayev bildirib.
İslahat tərəfdarları olan YAP-çılar bildirirlər ki, əgər partiya növbədənkənar qurultaya getsə, bəzi yaşlı simaların, korrupsiya və rüşvətə görə həbsə düşənlərin, nöqsanlara görə vəzifədən kənarlaşdırılanların partiyanın rəhbər strukturlarından çıxarılacağı istisna deyil.
Məlumdur ki, YAP-ın rəhbər strukturları - İdarə Heyəti, Siyasi Şura, İcra katibliyi hakim partiyanın qurultaylarında formalaşdırılır. Onda dəyişikliyə gediləcəksə, növbədənkənar qurultay çağırıla bilər.
Xatırladaq ki, YAP-ın sonuncu – VI qurultayı 2018-ci il fevralın 8-də keçirilib.
Qeyd edək ki, YAP Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir.
Bəs YAP növbədənkənar qurultaya getsə, kimlər rəhbər strukturlardan çıxdaş edilə bilər?
YAP İdarə Heyəti və Siyasi Şura üzvlərinin siyahısını təqdim edirik. Siyahılara nəzər yetirməklə bu şəxslərdən kimlərin partiyanın rəhbər strukturlarından kənarlaşdırla biləcəyini təxmin etmək olar.
İdarə Heyəti:
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
Hacıbala Abutalıbov - müvəqqəti işləmir
Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini
Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini
Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor
Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini
Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
Eldar İbrahimov - Milli Məclisin deputatı
Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
Abel Məhərrəmov - akademik
Bahar Muradova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini
Arif Rəhimzadə - müvəqqəti işləmir
Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
Mixail Zabelin - Milli Məclisin deputatı.
Siyasi Şura:

İsmət Abasov - təqaüdçü
Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti
Vaqif Abdullayev - müvəqqəti işləmir
Fatma Abdullazadə - təqaüdçü
Hacıbala Abutalıbov - təqaüdçü
Elnur Aslanov - müvəqqəti işləmir
Hüseynqulu Bağırov - müvəqqəti işləmir
Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini
Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Yaqub Eyyubov - Baş nazirin birinci müavini
Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı

Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
Sədrəddin Əkbərov - müvəqqəti işləmir
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru
Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini
Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru
Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri
Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru
Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri
Oqtay Əsədov - Milli Məclisin deputatı
Ağabəy Əsgərov - «Azərbaycan» nəşriyyatının baş direktoru
Asif Əsgərov - Nəsimi rayon icra hakimiyyətinin başçısı
Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru
Ziyafət Əsgərov - Milli Məclisin Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Abdin Fərzəliyev - Nərimanov rayon icra hakimiyyətinin başçısı
Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi
İsa Həbibbəyli - Milli Məclisin deputatı, AMEA-nın birinci vitse-prezidenti

Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
Hicran Hüseynova - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Vaqif Hüseynov - müvəqqəti işləmir
İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru

David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri
Nazim İsmayılov - müvəqqəti işləmir
Süleyman İsmayılov - Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Mirkazım Kazımov - «Qasid» firmasının prezidenti
Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri
Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru
Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü
Musa Quliyev - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri

Yaqub Mahmudov - Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru
Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Abel Məhərrəmov - akademik
Rafiq Məmmədhəsənov - müvəqqəti işləmir
Novruz Məmmədov - Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektor
Ramin Məmmədov - Milli Məclisin deputatı, YAP Gənclər Birliyi sədrinin müavini
Şahin Məmmədov - Masallı rayon icra hakimiyyətinin başçısı
Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
Aydın Mirzəzadə - Milli Məclisin deputatı

Musa Musayev - müvəqqəti işləmir
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri

Seymur Orucov - Ağstafa rayon İcra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri
Hadı Rəcəbli - müvəqqəti işləmir
Arif Rəhimzadə - müvəqqəti işləmir
Vüqar Rəhimzadə - «İki sahil» qəzetinin baş redaktoru
Dilarə Seyidzadə - təqaüdçü
Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Rizvan Vahabov - müvəqqəti işləmir
Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı

Bölməyə aid digər xəbərlər

Dünən, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
Dünən, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
Dünən, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
Dünən, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
Dünən, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
Dünən, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
Dünən, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir