BMT-dən xəbərdarlıq: 1,2 trilyon dollar zərər yarana, 120 milyon insan işini itirə bilər
Tarix: 25-08-2020 11:00 | Bölmə: Slayd
BMT-dən xəbərdarlıq: 1,2 trilyon dollar zərər yarana, 120 milyon insan işini itirə bilər

BMT COVİD-19 pandemiyası səbəbindən dünyanın turizm sektorunda 1,2 trilyon dollar zərərin ola biləcəyi və 120 milyon insanın işini itirmək təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, bu, BMT Baş katibi Antonio Quttereşin ən əhəmiyyətli iqtisadi sektorlardan olan turizmə COVİD-19 pandemiyasının təsiri ilə bağlı hesabatında bildirilib.

Baş katib qeyd edib ki, 2020-ci ilin ilk 5 ayında beynəlxalq turizm səyahətləri azı 50 faiz azalıb və turizmdən gəlirlərdə 320 milyard dollar kəsir yaranıb.

O, turizm gəlirlərində zərərin 1,2 trilyon dollara çata biləcəyini qeyd edib. Baş katib bunun nəticəsində 120 milyon insanın işini itirmək riski ilə qarşılaşacağını diqqətə çatdırıb.

BMT rəhbəri pandemiyanın turizm sektorunu vurması səbəbindən inkişaf edən iqtisadiyyatlara böyük təsirinə işarə edərək bunun xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətləri və Afrika üçün fövqəladə vəziyyət yaratdığını bildirib.

Qeyd edək ki, Azərbaycanın turizm sektoru ildə 2 milyard dollara qədər gəlir əldə edir. Pandemiya ölkəmizdə də turizm sektoruna ciddi təsir göstərib.

Reyting.az




Bölməyə aid digər xəbərlər