00:08 / 22-06-2025
Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb
21:23 / 21-06-2025
Ceyhun Bayramov Suriya XİN başçısı ilə görüşüb
19:32 / 21-06-2025
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
19:27 / 21-06-2025
Deputat: “Muxtariyyətin ləğvi barədə düşünmək lazımdır”
19:00 / 21-06-2025
Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib
18:49 / 21-06-2025
Nazir: Trampın Xamnəi ilə bağlı dedikləri təhdid yox, təhqirdir
18:22 / 21-06-2025
Müxalifətçi azadlığa buraxılıb
18:19 / 21-06-2025
İranla bağlı məxfi danışıqların üstü açılır
18:12 / 21-06-2025
“Real Ermənistan” erməniləri niyə qorxudur?
18:07 / 21-06-2025
AMEA-nın tenderi ləğv olunub
17:57 / 21-06-2025
Dövlət Neft Fondunda yoxlama aparılıb
17:50 / 21-06-2025
İran rəsmisi uğursuzluğu etiraf edir: “Bütün komandirlər bir saat ərzində öldürüldü”
17:40 / 21-06-2025
Diplomatların Qarabağa səfəri başa çatıb - Foto
17:31 / 21-06-2025
"Büdcə sistemi haqqında" qanun dəyişir - Detallar
17:15 / 21-06-2025
Trampın xüsusi nümayəndəsi vədlərinə əməl etmir
17:12 / 21-06-2025
Qabiliyyət imtahanlarına start verilib
17:02 / 21-06-2025
Deputatlar daha 12 qanunu müzakirəyə çıxarır
16:49 / 21-06-2025
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb
16:48 / 21-06-2025
Zelenski: Ukraynada 695 min rus əsgəri var
16:45 / 21-06-2025
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
16:31 / 21-06-2025
Türk ordusu PKK-nın silah-sursat mağarasını məhv edib - Foto
15:58 / 21-06-2025
Prezident icra başçısını vəzifədən azad edib
15:44 / 21-06-2025
Putin Trampa əsl münasibətini göstərib
15:18 / 21-06-2025
İran ABŞ-a məxsus onlarla bazaya zərbələr endirə bilər
15:10 / 21-06-2025
ABŞ Yaxın Şərqdəki mühüm aviabazadan onlarla təyyarəni çıxarıb - Foto
13:39 / 21-06-2025
Nüvə alimi həyat yoldaşı ilə birlikdə öldürülüb - Foto
13:08 / 21-06-2025
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
12:54 / 21-06-2025
Naxçıvanın Konstitusiyası dəyişir
12:47 / 21-06-2025
Daha bir rayona prokuror təyin edilib
11:50 / 21-06-2025
NATO-nun mövcudluğu sual altına düşüb
22:59 / 17-06-2025

16:03 / 17-06-2025

11:30 / 18-06-2025

11:19 / 17-06-2025

12:34 / 18-06-2025

07:02 / 17-06-2025

10:52 / 18-06-2025

16:11 / 19-06-2025

16:25 / 18-06-2025

07:51 / 17-06-2025

08:34 / 18-06-2025

08:01 / 18-06-2025

Ramiz Mehdiyev əleyhdarlarını hədələyir
Tarix: 25-08-2020 23:42 | Bölmə: Slayd

AMEA-nın prezidenti Ramiz Mehdiyev növbəti açıqlama ilə çıxış edib.
R. Mehdiyevin sözlərinə görə, 24 avqust 2020-ci il tarixində AMEA-nın rəsmi saytında xeyli müddətdir ki, qəzetlərdə və elektron KİV-lərdə ona qarşı aparılan bəzi deputatların da cəlb olunduğu təhqir və qaralama kampaniyasına münasibət bildirməklə bütün məsələlərin aydınlaşacağına ümid bəsləyib:
“Lakin açıqlamanın dərc edilməsindən sonra eyni ittiham və böhtanların daha da eybəcər formada təkrar səsləndirilməsi məni yeni açıqlamanın verilməsi zərurətinə inandırmış oldu.
Sıralarında ötən il cənab Prezident İlham Əliyevin etimadsızlığı səbəbindən özünü buraxmış parlamentin bir sıra deputatları olmaqla mənə qarşı canla-başla hücum edən şəxslərin ittihamları olduqca gülməli və əsassızdır. Belə ki, onlar məni guya Rusiyanın Azərbaycandakı “5-ci kolonu”nun rəhbəri olmaqda və Prezident Administrasiyasına rəhbərlik etdiyim dövrdə dövlət başçısının islahatlarına süni əngəllər yaratmaqda günahlandırırlar.
Kimliyindən asılı olmayaraq maraqlı qüvvələrə yarınmaq məqsədilə ortalığa atılan şəxslərə ilk növbədə cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı - “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırlatmaq istəyirəm. Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə idarəçilik sahəsindəki səmərəli fəaliyyətimə və xidmətlərimə görə öz təşəkkürünü bildirdi. Bəyan etdi ki, dövlət maraqları mənim üçün hər zaman hər şeydən daha üstün olmuşdur. Həmçinin İlham Əliyev xatırlatdı ki, Heydər Əliyev Moskvada yüksək vəzifədən uzaqlaşdırılarkən bir çoxları ona xəyanət etdiyi halda, məhz Ramiz Mehdiyev ulu öndərə sonadək sadiq qalmış azsaylı şəxslərdən biri kimi hörmətə layiqdir.
Şəxsən mənim üçün ölkə başçısının verdiyi bu qiymətdən daha yüksəkdə dayanan heç bir rəy və fikir ola bilməz. Ancaq görünən odur ki, dövlət başçısının mövqeyinə zidd olaraq mənə qara yaxmağa çalışanlar tamamilə başqa qüvvələrə, Azərbaycanda qarışıqlıq yaratmağa çalışan və Prezidentin fəaliyyətinə kölgə salmaqda maraqlı olan dairələrə xidmət edirlər. Mən açıq mətnlə onlardan soruşuram: “Xanımlar və cənablar, siz kimə xidmət edirsiniz? Bəlkə mənim Prezidentimlə sizin prezidentiniz ayrı-ayrı şəxslərdir? Siz 49 il müddətində Heydər Əliyevin və İlham Əliyevin sadiq silahdaşı olmuş, bu dövlətə fədakarlıqla xidmət etmiş şəxsə iftira atmaq cəsarətini kimdən alırsınız? Əgər cürətiniz çatırsa, mənim suallarıma aydın bir cavab verin. Sizin verəcəyiniz cavab iqtidar daxilindəki həqiqi “5-ci kolonu” ifşa etmək baxımından çox faydalı olacaq.
Bulanıq suda balıq tutmaq xülyasında olanların nəzərinə çatdırmaq istəyirəm ki, hazırda maddi nemətlərindən geninə-boluna yararlandığınız dövlətin qurulması və güclənməsi sizin yox, Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və onların sadiq silahdaşlarının xidmətidir. Bu gün hazıra nazir olanlar anlamalıdırlar ki, Ümummilli liderin və cənab Prezidentin sadiq silahdaşlarına böhtan atmaqla onlar ilk növbədə 30 illik müstəqillik tariximizin əhəmiyyətli bir dövrünə kölgə salmış olurlar. Belə çıxır ki, bu müddət ərzində “5-ci kolon”a ölkənin ən mötəbər vəzifələrindən biri etibar edilmiş, onun liderinə isə dövlətin taleyüklü problemlərilə məşğul olmaq həvalə olunmuşdur. Razılaşın ki, bu fikirlər çox absurd səslənir və onlar ancaq xəstə, iddiaları ilə bacarığı və imkanları tərs mütənasib olan bir təxəyyülün məhsulu ola bilər. Mən buna başqa ad verməkdə çətinlik çəkirəm. Deyilənlər məsələnin yalnız mənəvi tərəfidir.
Məsələnin siyasi və hüquqi aspektləri onun mənəvi tərəfindən daha ağırdır. Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram. Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm.
Mən keçmişimdən və bu günümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bu günüm isə hər kəsin gözü qarşısındadır.Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da heç kəs məni tutduğum yoldan döndərə bilməz! Bəs görəsən məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi? Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş.
Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir.
Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
Dünən, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
Dünən, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
Dünən, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
Dünən, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
Dünən, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
Dünən, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir