Minlərlə müsəlmanın qətlinə fərman vermiş şəxsin məhkəməsi başlayıb - Foto
Tarix: 26-08-2020 12:22 | Bölmə: Slayd
Minlərlə müsəlmanın qətlinə fərman vermiş şəxsin məhkəməsi başlayıb

Bosniya müharibəsi zamanı serb əsgərlərinə komandanlıq edən və minlərlə mülki insanı soyqırıma məruz qoyması səbəbindən ömürlük həbs cəzası almış Ratko Mladiçin apellyasiya məhkəməsi başlayıb.

Reyting.az
xatırladır ki, “Bosniya qəssabı” ləqəbi verilmiş Mladiç hərbi cinayətlər törətməsi, minlərlə insanın qətlə yetirilməsi ittihamı ilə 2017-ci ildə ömürlük həbs cəzası alıb.

“Qəssab”ın avqust məhkəməsinə isə üç hakim video-konfrans vasitəsilə qatılıb. İki gün davam edəcək məhkəmə prosesi “Qəssab”ın səhhətindəki problemlər və koronavirus səbəbindən təsxirə salınmışdı.

Bu gün başlayan apellyasiya məhkəməsi iki gün davam edəcək.

Xatırladaq ki, 1992-1995-ci illər arasında davam edən Bosniya müharibəsi zamanı Mladiç bosniyalı müsəlmanlara qarşı qətliama rəhbərlik edib.

Minlərlə müsəlmanın qətlinə fərman vermiş şəxsin məhkəməsi başlayıb

Reyting.az




Bölməyə aid digər xəbərlər