Təhsil naziri: “Sentyabrın 15-də tədris bərpa edilir”
Tarix: 27-08-2020 17:16 | Bölmə: Slayd
Təhsil naziri: “Sentyabrın 15-də tədris bərpa edilir”

“Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır və həmin tarixdə tədris bərpa edilir”.

Reyting.az
xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev qeyd edib ki, pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik.

Onun sözlərinə görə, dünyada 134 ölkədə təhsillə bağlı qərar verilib, 63 ölkə məktəbləri açıb, 55 ölkə məktəbin açılacağı tarixi elan edib: “Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik.

Ümumi məntiq belədir ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir".

Təhsil naziri diqqətə çatdırıb ki, sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edirlər.

Onun sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər sinif şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə dəfə gəlməsi təklif edilib: "Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil ala 650 min uşaq dəsrsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Bu ərazilərdə epdemioloji vəziyyət gərgindir".

Nazir, 10 və 11-ci sinif şagirdlərinin məktəblərə 15 oktyabr tarixindən qayıtmasını planlaşdırdıqlarını da bildirib.

E. Əmrullayev nəzərə çatdırıb ki, sentyabrın 15-dən qeyd olunan siniflər üçün tədris onlayn olacaq.

E. Əmrullayev deyib ki, valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla - həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər:

“Valideynlərin bu seçimini asanlaşdırmaq üçün xüsusən Bakı, Sumqayıt, Abşeron və Gəncədə mütəmadi məlumatlandırmanı təşkil etməyə çalışacağıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər