Avropa Birliyi Türkiyəni sanksiya ilə təhdid etdi - Rəsmi Ankaradan operativ cavab verildi
Tarix: 28-08-2020 18:59 | Bölmə: Slayd
Avropa Birliyi Türkiyəni sanksiya ilə təhdid etdi - Rəsmi Ankaradan operativ cavab verildi

Avropa Birliyi Türkiyəyə xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, bu barədə, Yunanıstanın tələbi ilə bu gün toplanan Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlərinin iclasından sonra qurumun Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell Almaniyanın Xarici işlər naziri Hayko Maasla ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Aralıq dənizində "təktərəfli gərginlik" yaratmaq kimi addımlarından çəkinməlidir: "Əks halda, Türkiyəyə qarşı sanksiyalar tətbqi edilə bilər. AB hesab edir ki, Türkiyə gərginlik yaratmaqda davam edərsə, o zaman türk gəmilərinin Avropa ölkələri limanlarına daxil olması, türk şirkətlərinin Avropa bazarlarına buraxılmasına və həmçinin Aralıq dənizində qaz-neft yataqları arayan qrupa rəhbərlik edənlərə qarşı sanksiyalar müzakirə olunacaq".

AB Komissarı ardınca dərhal əlavə edib ki, qurum üzvləri Türkiyə ilə əməkdaşlıq etməkdə maraqlıdır və ümid edirlər ki, sanksiyalara ehtiyac qalmayacaq: "Bütün bunlarla bağlı qurumun 24 sentyabrda keçiriləcək AB ölkələrinin prezidentlərinin toplantısında qərar veriləcək. Ümid edirik ki, o vaxta qədər əlavə gərginliyə ehtiyac qalmayacaq".

Avropa Birliyinin (AB) Türkiyəni sanksiya ilə hədələməsi və Almaniya kansleri Angella Merkelin "Yunanıstanın tərəfindəyik" bəyanatına rəsmi Ankaradan sərt cavab verilib.

Türkiyə XİN-nin sözçüsü Hami Aksoy AB-nin Şərqi Aralıq dənizində tərəfsiz davranmalı və dürüst vasitəçilik etməli olduğunu deyib.

O, təəssüflənib ki, qurum və onun üzvü olan Almaniya kansleri vasitəçilik və dürüstlükdən uzaqlaşıb:

"Ölkəmizin öz dəniz sularında fəaliyyətini hədəfə almaq kimsənin həddi deyil. Aralıq dənizində gərginliyi yaradan Türkiyə yox, Yunanıstan və Kiprdir. AB-nin isə bu iki ölkəyə birlik dayanışması adı altında dəstək verməsi, gərginliyi daha da gücləndirəcəkdir. Üstəlik, bu məsələdə AB-nin hər hansı bir yetkisi də yoxdur. Türkiyəyə qarşı tələb beynəlxalq hüquqa ziddidir".

Aksoy deyib ki, Türkiyə hər zaman dialoq və diplomatiyaya üstünlük verib: "Belə bir anda AB-nin sanksiya hədəsinə keçməsi mövcud problemlərin həllinə kömək etmədiyi kimi, ölkəmizin qərarlılığını da daha artırıb. Türkiyə bütün təhdidlərə rəğmən, haqq və hüquqlarını qoruyacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər