Türk qırıcıları yunan təyyarələrini NAVTEX bölgəsindən qovdu - Ərdoğan NATO qarşısında tələb qoydu - Video
Tarix: 28-08-2020 23:27 | Bölmə: Slayd
Türk qırıcıları yunan təyyarələrini NAVTEX bölgəsindən qovdu - Ərdoğan NATO qarşısında tələb qoydu

Bu gün Yunanıstana məxsus 6 ədəd "F-16" qırıcı təyyarəsi Türkiyənin NAVTEX elan etdiyi əraziyə daxil olmaq istəyib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyənin "F-16"ları yunan təyyarələrinin qarşısını kəsib və onları geri dönməyə məcbur edib.

Nazirlik bəyan edir ki, Türkiyə dəniz və hava qüvvələri Aralıq dənizində ölkənin bütün haqq və mənafelərini qorumaqda sonadək qərarlıdır.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı olub.

Ərdoğan bildirib ki, Türkiyə Şərqi Aralıq dənizində öz hüquq və mənafelərini müdafiə etməyə davam edəcək: "Biz burada bütün ölkələrin qazanacağı barışcıl ortamın tapılmasından yana dialoq tərəfdarıyıq. NATO isə beynəlxalq hüquqa zidd olaraq bölgədə təktərəfli gərginlik yaradanlara qarşı mövqeyni ortaya qoymalıdır".

​​​​​​




Bölməyə aid digər xəbərlər