Faciənin gizlinləri: batan sualtı nüvə qayığı, ölən 118 dənizçi və Putinin Soçi səfəri... - Fotolar
Tarix: 31-08-2020 16:14 | Bölmə: Slayd
Faciənin gizlinləri: batan sualtı nüvə qayığı, ölən 118 dənizçi və Putinin Soçi səfəri...

20 il əvvəl, 2000-ci ilin 12 avqust tarixində Rusiyanın “Oskar II sinif Kursk” nüvə sualtı qayığı Barens dənizində partladıqdan sonra, 118 nəfərlik heyəti ilə birlikdə batıb. Qayıqda olan heyətin 24 üzvü qayığın quyruq tərəfinə sığınaraq daha 8 saat yaşamağı bacarsa da, sonradan onlar da həyatlarını itiriblər.

Reyting.az
xatırladır ki, Rusiya rəhbərliyi həmin vaxt hadisə barədə qısa məlumat verməklə, faciənin böyüklüyünü kiçiltməyə çalışıb. Bu səbəbdən də hadisə barədə bir qədər geniş məlumatı 20 il sonra oxuculara təqdim edirik:

Faciə baş verən zaman Rusiya Şimal Hərbi Dəniz Qüvvələrinin ən modern nüvə gəmisi “Kursk” sualtı qayığı Barens dənizində hərbi təlim həyata keçirirdi. İki dəqiqə ərzində bir-birinin ardınca baş verən şiddətli partlayışdan sonra dənizin dibinə çökən “Kursk” 118 nəfər personalın qəbirstanlığına çevrilib.

Faciənin gizlinləri: batan sualtı nüvə qayığı, ölən 118 dənizçi və Putinin Soçi səfəri...

Rus xalqı baş verən qəzanı iki gündən sonra - avqustun 14-də öyrənib.

Rusiya mediası 14 avqust 2020-ci ildə “Barens dənizində qəza: sualtı qayıq dənizin dibində yatır” başlıqlı xəbər yaydı.

Eyni gündə Şimal Hərbi Dəniz Qüvvələri Komandanlığı “Gəminin heyəti ilə təmas qurduq, sualtı qayıqda nasazlıq meydana gəlib”,- ifadəsini işlədib.

Amma qəzadan 10 gün sonra Norveç mütəxəssisləri batan nüvə sualtı qayığını dənizin dibində tapıblar. Rus donanması Norveç mütəxəssislərinin təsbitlərinə əsaslanaraq 118 dənizçinin həyatını itirdiyini açıqlamalı olub.

12 avqust 2020-ci ildə baş verən qəza zamanı Soçidə istirahət edən və yalnız avqustun 18-də tətilini yarımçıq saxlayıb Moskvaya gələn Prezident Vladimir Putin CNN telekanalına “Kursk” nüvə sualtı qayığına dair müsahibə verib.

Yeri gəlmişkən, sualtı qayığın batması və 118 dənizçinin ölməsi səbəbindən açılan cinayət işi 2002-ci ildə dəlil və fakt çatışmazlığı səbəbindən bağlanıb.

Araşdırma zamanı istintaq qəzanın təhlükəli peroksid torpedanın partlaması nəticəsində baş verdiyi “qənaətinə” gəlib.

Faciənin gizlinləri: batan sualtı nüvə qayığı, ölən 118 dənizçi və Putinin Soçi səfəri...

Üzgüçülər 2000-ci ilin 25 sentyabrında batan gəminin ikinci hissəsinin 9 nömrəli bölməsində daha 9 dənizçinin cəsədini çıxarmağa müvəffəq olublar. Sonrakı dövrdə xilasetmə işləri davam etsə də, heyətin yerdə qalan üzvlərinin cəsədi tapılmayıb.

Cəsədləri tapılmayan dənizçilərin ailə üzvləri isə xilasetmə əməliyyatlarının çox zəif aparıldığını və rus hökumətinin məxfiliyi qorumaq üçün aparıcı dövlətlərdən yardımları çox gec qəbul etdiyini bildiriblər.

Qəzadan 5 gün sonra CNN-nin Rusiya lideri Putinə sualtı qayıqla bağlı sualına prezidentin “batdı”,- cavabını verərək gülümsəməsi ölkədə ağır təqnidlərlə üzləşmişdi.

Qəzadan sonrakı 10 gündə baş verənlər isə olduqca ilgincdir.

Qəzanın birinci günü: Rusiyanın Şimal Dəniz Qüvvələri Komandanlığının hərbi təlimlərə qatılan “Kursk” nüvə sualtı qayıqla əlaqələri kəsilir.

Qəzanın ikinci günü: Rusiya donanmasına aid və dərinlikləri səslə ölçən “Pyotr Veliky” gəmisi “Kursk”un yerini müəyyən edir. Gəminin 108 metr dərinliyə batdığı məlum olur.

Qəzanın üçüncü günü: Rusiya Donanması nüvə sualtı qayığı ilə telsiz təmaslar qurulduğunu bildirir. Sonradan bu iddia inkar edilir. “Kursk”da partlayşdan xilas olub başqa bölümə keçən dənizçilər sadəcə, gəminin gövdəsinə vurmaqla təmas qura bilmişdilər. Eyni zamanda rus rəsmilər sualtı qayıqda nüvə silahı olmadığını, qayıqdan nüvə reaktorlarının qapadıldığını elan edir. Rus Donanması Komandanlığı isə qəzanın avqustun 13-də baş verdiyini elan edir.

Faciənin gizlinləri: batan sualtı nüvə qayığı, ölən 118 dənizçi və Putinin Soçi səfəri...

Qəzanın dördüncü günü: ABŞ bəyan edir ki, qəza öncəsi bölgədə olan ABŞ sualtı qayıqları “Kursk”un batdığı yerdə iki partlayış səsi qeydə alıb.

Qəzanın beşinci günü: “Kursk” gəmisini çıxarmaq üçün cəhdlər uğursuz olur. Putin qəza ilə bağlı ilk rəsmi açıqlama verir, durumun kritik olduğunu və Rusiyanın xilasetmə işlərini həyata keçirəcək donanmaya sahib olduğunu elan edir. Bundan bir neçə saat sonra Moskva rəsmi olaraq Norveç və İngiltərədən yardım istəyir. İngilis donanmasına aid “LR5” sualtı qayığı daşıyan təyyarə Norveçin Trondheim şəhərinə getmək üçün Şotlandiyadan havaya qalxır.

Qəzanın altıncı günü: “Kursk” gəmisini dənizin dibindən çıxarmaq üçün rusların cəhdləri uğursuz olur. İngiltərə donanmasını “LR5” sualtı qayığını və personalını daşıyan gəmi Trondheimdən ayrılır. Eyni zamanda Norveç mütəxəssislərini daşıyan “Sevay Eagle” gəmisi qəza yerinə doğru hərəkət edir.

Rus mütəxəsslər “Kursk”un ciddi xəsarət aldığını və qayığın baş tərəfinin dağıldığını elan edir. Həmçinin gəmi personalının partlayışın meydana gəldiyi əsas bölümündə olduğunu və partlayışın təsirindən həyatlarını itirdikləri qənaətini açıqlayırlar.

Qəzanın yeddinci günü: Norveç seysmoloji təşkilatı qəzanın meydana gəldiyi bölgədə saat 07:30-da iki güclü partlayışın qeydə aldığını açıqlayr. Ruslar “Kursk” gəmisini dənizin dibindən çıxarmaq üçün uğur əldə etdiklərini bildirirlər.

Qəzanın səkkizinci günü: İngiltərənin “LR5” sualtı qayığı hadisə yerinə çatır, amma xilasetmə fəaliyyətinə qatılmır. Norveç mütəxəssisləri də hadisə yerinə gəlir.

Qəzanın doqquzuncu günü: Norveçin “Sevay Eahle” gəmisindən suya endirilən uzaqdan nəzarət olunan kamera “Kursk”un gövdəsini araşdırmaq üçün dənizin dibinə göndərilir. Sonra norveçlilərdən biri sualtı qayığa çata bilir. Norveçli mütəxəssislər sualtı qayığın arxa tərəfində, gövdəsində böyük qəza olmadığını və açma təşəbbüsü edə biləcəklərini deyir.

Faciənin gizlinləri: batan sualtı nüvə qayığı, ölən 118 dənizçi və Putinin Soçi səfəri...

Qəzanın onuncu günü: norveçli üzgüçülər “Kursk”un xarici qapağını açmağı bacarır və elan edirlər ki, hava keçirməz bölmə tamamilə sudur, içində heç bir dənizçi yoxdur. Bir neçə saatdan sonra hava keçirməz bölümünün içəri qapağını açırlar və elan edirlər ki, “Kursk”da olan personaldan həyatda qalanı yoxdur.

Rus rəsmiləri də məcbur olub gəmidə olan heyətin həyatını itirdiyini bildirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər