ABŞ-ın Kiprlə bağlı qərarı Türkiyədə etirazla qarşılanıb
Tarix: 02-09-2020 00:25 | Bölmə: Slayd
ABŞ-ın Kiprlə bağlı qərarı Türkiyədə etirazla qarşılanıb

ABŞ Kiprə qarşı silah embarqosunu qismən ləğv edib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo və Kipr prezidenti Nikos Anastasiadis arasında baş tutan telefon danışığının yekunları üzrə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs bildirib.

M.Ortequsun sözlərinə görə, N.Anastasiadis və M.Pompeo telefon danışığı zamanı ABŞ və Kipr arasında təhlükəsizlik sahəsində münasibətləri müzakirə ediblər.

Reyting.az
xəbər verir ki, ABŞ-ın bu qərarı Türkiyədə sərt qarşılanıb.

Türkiyə XİN-nin bəyanatında deyilir ki, Şərqi Aralıq dənizində gərginlik davam edərkən, ABŞ-ın Kiprin yunan bölgəsinə silah embarqosunu qaldırması müttəfiqlik ruhu, eyni zamanda, adada bərabərlik və problemin həllinə yönəlik planlara uyğun deyil.

Bəyanatda daha sonra bildirilir ki, ABŞ müttəfiqlik ruhuna uyğun olaraq bölgədəki sülhün təmininə dəstək olmalı və silah embarqosu ilə bağlı qərarına təcili yenidən baxmalıdır: "Bu qərar adada bərabərlik və tarazlığı yox saymaqdır. Odur ki, ABŞ bu qərarını gözdən keçirməlidir. Əks halda, Türkiyə təminatverici ölkə olaraq, tarixi və hüququ addımlardan yola çıxaraq, Kipr türklərinin qorunması üçün gərəkli addımları atmaq məcburiyyətində qalacaq".




Bölməyə aid digər xəbərlər