12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ramil Usubov DİN sistemində kadr dəyişikliyi edib - Təyinatlar
Tarix: 26-01-2017 12:37 | Bölmə: Slayd

Daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə DİN sistemində bir sıra kadr dəyişiklikləri olub.

Məlumata görə, DİN-in Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Həsənov Xətai Nərimanov Rayon Mühafizə İdarəsinin rəisi təyin olunub.

Məlumat üçün bildirək ki, Nazim Həsənov Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğludur.

Nazirin digər əmri ilə Xətai Rayon Mühafizə İdarəsinin rəisi Azad Quliyev DİN-in Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinə rəis təyin edilib.

 

 





Bölməyə aid digər xəbərlər