Azərbaycana qarşı növbəti hərbi təxribat hazırlanır
Tarix: 05-09-2020 22:58 | Bölmə: Slayd
Azərbaycana qarşı növbəti hərbi təxribat hazırlanır

İşğalçı Ermənistan əvvəllər qəbul etdiyi “Madrid prinsipləri”ndən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin dili ilə imtina edir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T. Gəncəliyev bildirib ki, Ermənistan bu addımları ilə sülh prosesini pozmaqda davam edir və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir: "Bir daha aydın olur ki, Ermənistanın məqsədi Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir”.

Azərbaycana qarşı növbəti hərbi təxribat hazırlanır
T. Gəncəliyev

İcma rəhbərinin sözlərinə görə, son günlər xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş “şoular”, Dağlıq Qarabağdakı qondarma qurum “rəhbəri”nin açıqlamaları onu deməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təxribat törətməyə hazırlaşır.

T. Gəncəliyev beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın cəzasızlıqdan həvəslənərək atdığı belə təxribatçı addımlara qarşı sərt mövqe nümayiş etdirməyə çağırıb.




Bölməyə aid digər xəbərlər