12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İŞİD-ə qoşulan azərbaycanlının arvadı və iki uşağı öldürülüb
Tarix: 26-01-2017 15:15 | Bölmə: Slayd

Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb.

APA-nın middleeastpress.com-a istinadən verdiyi məlumata görə, öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.

Məlumata əsasən, qadının əri Fikrət Əliyev Suriyada döyüşən qruplaşmalardan birinə qoşulmaq üçün 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə bu ölkəyə köçüb.

F.Əliyev qruplaşmaya qoşulduqdan 4 ay sonra öldürülüb.

Onların Suriyaya hansı ölkədən gəldikləri barədə məlumat verilmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər