Hikmət Hacıyev: “Rusiya Ermənistana silah-sursatın hansı məqsədlə daşınmasına aydınlıq gətirmir” - Video
Tarix: 08-09-2020 01:05 | Bölmə: Slayd
Hikmət Hacıyev: “Rusiya Ermənistana silah-sursatın hansı məqsədlə daşınmasına aydınlıq gətirmir”

“İyulun 12-də Ermənistan tərəfindən Tovuz rayonu istiqamətində Azərbaycana qarşı növbəti təcavüz aktı törədildi. Bu, Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttindən 300 kilometr aralıda baş verən hadisə idi. Hadisənin nədən məhz Tovuzda baş verməsi ilə bağlı sual yaranır. Bunun bir neçə strateji səbəbi var idi”.

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global” telekanalındakı çıxışı zamanı deyib.

Ermənistanın hərbi təxribatının strateji səbəblərinə də toxunan Hikmət Hacıyev bildirib ki, ilk növbədə, Ermənistanın məqsədi Azərbaycanın şərq-qərb platformasına, Türkiyə ilə birgə həyata keçirilən TANAP və TAP kimi layihələrə təhlükə yaratmaq olub: “Hədəflərin əsasında ərazi əldə etmək və həmin ərazidə nəzarəti ələ keçirmək də var idi. Eyni zamanda, Ermənistan Qarabağ mövzusundan diqqəti yayındıraraq regionda yeni bir təhlükə mənbəyi yaratmağa çalışırdı”.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü otuz ildən çoxdur davam edir: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə birgə ətraf yeddi rayonu otuz ildir işğal altındadır. Həmin ərazilərdə etnik təmizləmə həyata keçirilib. Ermənistan tərəfindən beynəlxalq hüququn bütün norma və prinsipləri, BMT-nin Nizamnaməsi pozularaq Azərbaycana qarşı bu kimi əməllər törədilib. Bu azmış kimi, Ermənistan Azərbaycanla sərhəddə də təxribat törətdi”.

Ermənistan tərəfdən hər zaman təcavüz gözlənildiyini qeyd edən H. Hacıyev deyib ki, Tovuz hadisələrindən sonra Ermənistanın sistemli şəkildə silahlanması davam edir: “Ermənistana 500 tondan artıq silah-sursat daşınıb. Bu silah-sursatın nə məqsədlə daşınmasına dair sualımıza biz hələ də cavabımızı ala bilməmişik. Bunu da açıq deməliyik ki, Rusiyanın aidiyyəti rəsmi orqanları qarşısında da bu məsələni qaldırmışıq. Lakin cavab ala bilməmişik”.

Reyting.az H. Hacıyevin “Haber Global”a müsahibəsini təqdim edir:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}