











Tarix: 27-01-2017 12:24 | Bölmə: Slayd
Bu gün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən kommersiya
banklarının rəhbərlərilə görüşüb.
Məlumata görə, görüşdə bəzi məsələlər müzakirə edilib, E.Rüstəmov tərəfindən bank rəhbərlərinə bir sıra göstərişlər verilib.
Reyting.az-ın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, bu görüşlər mütəmadi xarakter daşıyır: "Son vaxtlar milli valyutanın "üzən məzənnə” siyasətinə tam keçilməsi üçün işlər aparılır. Prosesi yekunlaşdırmaq üçün müəyyən danışıqlar gedir, banklarda olan vəziyyət araşdırılır”.
V.Əhmədov bildirib ki, bu cür görüşlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən də keçirilir: "Hər iki qurum iqtisadi vəziyyəti stabilləşdirmək istəyir. Çünki bank sistemində, manat-dollar münasibətlərində problemlər qalmaqdadır”.
Bölməyə aid digər xəbərlər