











Tarix: 27-01-2017 17:07 | Bölmə: Slayd
Vətəndaş məmnunluğunun təmin edilməsi, qanunçuluğun qorunması sahəsində polisin xidməti vəzifələrin icrasına tələbkarlıq artırılıb.
Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, ötən il insan hüquq və azadlıqlarının pozulması faktlarının sayı
10,9 faiz, o cümlədən əsassız saxlamaların sayı 33,3 faiz, kobud rəftar halları isə 41,3 faiz azalıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının
sayının 29 faiz, həmin əməllərə yol vermiş əməkdaşların sayının 13 faiz azalması və bu təmayülün son 3 ildə davamlı xarakter alması qeyd olunub.
Bununla belə, daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb
etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş
intizam qaydasında cəzalandırılıb,
onlardan 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib.
Nazir bildirib ki, kadrlarla iş və şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması sahəsində fəaliyyət də nəzarətdə saxlanılıb. Peşə hazırlığının artırılması üzrə davam etdirilən tədbirlərlə 18 mindən artıq əməkdaş müxtəlif təlimlərə, ixtisasartırma kurslarına və beynəlxalq treninqlərə cəlb
olunub.
Bölməyə aid digər xəbərlər