12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Komitə sədri şəhid Çingiz Qurbanovun ailəsini ziyarət edib - Foto
Tarix: 28-01-2017 20:20 | Bölmə: Slayd

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov, komitənin cənub bölgə rəhbəri Ağakərim Əzimov, komitənin mətbuat katibi Telman Mirzəyev şəhid Çingiz Salman oğlu Qurbanovun valideyinlərinə baş çəkiblər.

Hamıya məlumdur ki, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş əsgərimiz Çingiz Qurbanov meyiti artıq 31 gündür Ermənistan tərəfindədir. Düşmən tərəfi hələ də şəhidimizin cəsədini təhvil vermək istəmir.

Bu məsələ ilə bağlı 27 yanvar 2017-ci ildə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı Nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüşüb və bu barədə xeyli fikir mübadiləsi aparıblar.

Reyting.az-a verilən məlumata görə isə, bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları şəhidin yaşadığı evə gedərək atası Salman Qurbanovla, anası və yaxın qohumlarına baş çəkiblər.

Çingizin valideyinləri və qohumları onun meyitinin hələ də qaytarılmamasından bərk narahatlıq keçirdiklərini, hələ də özlərinə gələ bilmədiklərini bildiriblər. Onların sözləri ilə desək, Çingizin şəhid olması bir tərəfdən, onun hələ də dəfn olunmaması bizi daha çox narahat edir və kədərləndirir.

Söhbət zamanı Elşad Həmidov deyib ki, şəhid olmuş igid əsgərimiz Çingiz Qurbanov təkcə sizin deyil, bütün Azərbaycan xalqının oğludur. "Dövlət qurumları, digər aidiyyatı təşkilatlar, bizim komitəmiz, Beynəlxalq Qızıl Xaç Komitəsi bu məsələ ilə məşğuldur. İnanıram ki, yaxın günlərdə əsgərimizin meyiti düşmən tərəfindən alınaraq layiqincə dəfn ediləcək. Allah bir daha rəhmət eləsin! Şəhidimizin ruhu şad olsun!”,-deyə E.Həmidov bildirib.

Komitə sədri şəhid Çingiz Qurbanovun ailəsini ziyarət edib

Komitə sədri şəhid Çingiz Qurbanovun ailəsini ziyarət edib 

Reyting.az

 





Bölməyə aid digər xəbərlər