12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Ərdoğan: "Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini dərhal boşaltmalıdır"
Tarix: 28-09-2020 15:36 | Bölmə: Slayd
Ərdoğan: "Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini dərhal boşaltmalıdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistandan dərhal işğal olunmuş Azərbaycan ərazilərini boşaltmağı tələb edib.

Reyting.az
NTV kanalına istinadla xəbər verir ki, o, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə bölgənin yenidən sülh və əmin-amanlığa qovuşa biləcəyini deyib: “Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”.

Ərdoğan deyib ki, 30 ildir bu problemin mövcudluğuna göz yuman ölkələr indi Azərbaycandan, Türkiyədən hesab sormağa cəhd edir: "İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə “TIR” silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?! Sanki Azərbaycan prezidenti İlham Əliyev bunlara hesab verməlidir? İşğal edilən torpaqlar Azərbaycanındır. Bunu hamınız qəbul etmisiniz axı. İndi Azərbaycan öz göbəyini özü kəsir".

Ərdoğan sonda 1 milyon azərbaycanlı məcburi köçkün faktına da diqqət çəkib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}