17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ermənilərin Dağlıq Qarabağa yollarından birini faktiki bağlayırıq - Deputat
Tarix: 01-10-2020 10:05 | Bölmə: Slayd
Ermənilərin Dağlıq Qarabağa yollarından birini faktiki bağlayırıq

“Ağdərə son dərəcədə əhəmiyyətli mövqedir. Ermənistandan Dağlıq Qarabağa ikinci yol Ağdərədən gedir. Buranı əldə etməklə faktiki bu yolu bağlayırıq”.

Bu sözləri Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov hazırda ən qızğın döyüşlərin Ağdərə istiqamətində getməsinin səbəblərindən danışarkən deyib.

R. Musabəyov bildirib ki, Kəlbəcəri azad etməyin yolu elə Ağdərəni əldə etməkdir. Bunu etdiyimiz halda biz sərhədə çıxır və Kəlbəcəri geri qaytarmaq fürsəti əldə edirik. Hazırda qızğın döyüşlərin əsasən Ağdərə istiqamətində getməsinin səbəbi də budur.

Politoloq hesab edir ki, Ağdərə xüsusi strateji məntəqədir: “Əgər biz bunu bacarsaq, fikrimcə, böyük uğur olar. Hazırda Murov dağını tam əldə etməklə Ağdərə-Kəlbəcər yolunu nəzarətə götürmüşük”.


R. Musabəyov

Mütəxəssis bildirib ki, ermənilərin bu istiqamətdə əks-hücum həyata keçirməsi üçün Ermənistan ərazisindən dəstə gəlməlidir: “Biz də oranı havadan nəzarətdən saxlayırıq. Ermənilər də anlayır ki, ora soxulacaqları təqdirdə onları yolda vurub dağıdacağıq. Nəzərə alırlar ki, orada sağdan-sola keçmək, gizli yollarla hərəkət etmək mümkün deyil. Çünki keçəcəkləri bütün yollar zərbə üçün açıqdır”.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın, sabiq müdafiə naziri Seyran Ohaniyanın və bir sıra tör-töküntülərin İrəvandan Dağlıq Qarabağa gəldiyini xatırladan Musabəyov bildirib ki, yaxşı olardı ki, onları bunkerdə cəhənnəmə göndərək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}