22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Gorusdan Ağdamın kəndləri atəşə tutulub, ölən və yaralananlar var
Tarix: 02-10-2020 10:09 | Bölmə: Slayd
Gorusdan Ağdamın kəndləri atəşə tutulub, ölən və yaralananlar var

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, mülki əhali arasında ölən və yaralananlar var: "Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək"




Bölməyə aid digər xəbərlər