22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
“SalamNews” və “İnteraz”ın rəhbərinin şikayətinə "yox" deyilib
Tarix: 21-06-2025 09:32 | Bölmə: Siyasət
“SalamNews” və “İnteraz”ın rəhbərinin şikayətinə "yox" deyilib

Bakı Apellyasiya Məhkəməsində “SalamNews” informasiya agentliyi və “İnteraz”ın çoxsaylı cinayətlərdə ittiham olunan rəhbəri Mətləb Bağırovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Mətləb Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mətləb Bağırov 12 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını başa vurduqdan sonra 3 il jurnalist fəaliyyəti ilə məşğul ola bilməz(pravda).




Bölməyə aid digər xəbərlər