22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Həmsədr ölkə liderlərinin birgə bəyanatı Azərbaycanı dayandıra bilməz - Politoloq
Tarix: 02-10-2020 11:37 | Bölmə: Slayd
Həmsədr ölkə liderlərinin birgə bəyanatı Azərbaycanı dayandıra bilməz

“Fransa, Rusiya və ABŞ liderlərinin ortaq bəyanat verməsi normaldır. Ancaq şəxsən mən onlardan müsbət mənada heç nə gözləməmişəm. Son 28 ildə onlardan bir yaxşılıq görməmişik. Bu ölkələr həm də ATƏT-in Minsk qrupunun həmsədrləridir. Niyə indiyə qədər problemi həll etməyiblər? Hesab edirəm ki, bəyanat vermək əvəzinə bu suala cavab tapsalar yaxşı olar”.

Bu fikirləri BDU-nun professoru, politoloq Rüstəm Məmmədov ABŞ, Fransa və Rusiya liderlərinin Qarabağda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar haqqında verdiyi ortaq bəyanatı Reyting.az-a şərh edərkən deyib.

Professor Fransanı tutduğu mövqeyə görə tənqid edib:

“Fransaya haram olsun! Mən gözləməzdim ki, Fransa belə mövqe tutsun. Azərbaycan mədəni xalqdır, burada bütün millətlər qarşılıqlı sevgi əsasında yaşayır. Azərbaycan Fransanın muzeylərini, tarixi abidələrini təmir etdirir, beləcə, başqa xalqların mədəniyyətinə də hörmətini ifadə edir. Bu da Fransa prezidenti Emmanuel Makronun bizə verdiyi qiymət… Özləri bilər. Bizim üçün xalqımızın və dövlətimizin mövqeyi daha önəmlidir”.


R. Məmmədov

Politoloq bildirib ki, həmsədr olan ölkə liderlərinin müştərək bəyanatı Azərbaycanın işğalçılara qarşı mübarizəsini dayandıra bilməz: “Azərbaycan işğal edilən rayonlara öz bayrağını sancandan sonra dayanacaq. Başqa yolumuz yoxdur. İndi danışıqlar haqqında düşünən yoxdur. Həm də erməni ilə danışıq mümkün deyil. 30 ilə yaxındır danışırıq. İndi onları əzəli Azərbaycan torpaqlarından qovmaq lazımdır. Mən bu məsələdə sərt mövqe tutulmasının tərəfdarıyam”.

Reyting.az




Bölməyə aid digər xəbərlər