22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Akif Nağı: “Fransa, Rusiya və digərləri atəşkəs təklifləri ilə rədd olsunlar!”
Tarix: 02-10-2020 12:03 | Bölmə: Slayd
Akif Nağı: “Fransa, Rusiya və digərləri atəşkəs təklifləri ilə rədd olsunlar!”

“Ermənilərin havadarları, ilk növbədə Fransa və Rusiya əl-ayağa düşüblər. Onlar atəşkəsi bərpa etməyə çalışır, murdar erməniləri yenə də xilas etmək istəyirlər. Azərbaycan buna heç bir halda imkan verməməlidir. Türkiyə də bu məsələdə möhkəm dayanmalıdır”.

Bu fikirləri Reyting.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, müharibə sərhədlərimiz bərpa olunana qədər davam etməlidir.

A. Nağı deyib ki, Azərbaycanda, Türkiyədə kim sülh desə, sülhə, atəşkəsə razılaşsa, bütün millətin əbədi lənətinə tuş gələcək:

“Fransa, Rusiya və digərləri atəşkəs təklifləri ilə rədd olsunlar! Bu, bütün xalqın istəyidir. Tam qələbəyə qədər irəli! Ya tam qələbəyə nail olmalı, ya da hamımız qırılmalıyıq. Ermənistanı kimin müdafiə etməsinin, onların tərəfində kimlərin olmasının heç bir fərqi yoxdur. Ölüm-dirim savaşıdır! Qələbə hökmən bizim olacaq! Ya Qarabağ, ya ölüm!”

Reyting.az




Bölməyə aid digər xəbərlər