22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Çavuşoğlu Stoltenberqə sərrast cavab verdi: "Əgər Azərbaycan bizdən yardım istəyərsə..."
Tarix: 05-10-2020 15:17 | Bölmə: Slayd
Çavuşoğlu Stoltenberqə sərrast cavab verdi: "Əgər Azərbaycan bizdən yardım istəyərsə..."

Bu gün NATO baş katibi Yens Stoltenberq Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Reyting.az x
əbər verir ki, Türkiyədə baş tutan görüşün sonunda keçirilən mətbuat konfransında NATO Baş katibi Qarabağdakı vəziyyətə toxunub.

O bildirib ki, NATO tərəflər arasında qarşıdurmanın aradan qalxmasında maraqlıdır: "Hesab edirik ki, Türkiyə bu məsələdə nüfuzundan yararlana və tərəflər arasında atəşkəsin bərpasına güclü təsir edə bilər".

Çavuşoğlu isə Minsk Qrupunun həmsədri Fransanın Ermənistana açıq dəstək verdiyini xatırladıb.

Əlavə edib ki, Azərbaycan torpaqları 30 ildir işğal altındadır, üstəlik, ermənilər Xocalıda 600-dən çox günahsız insanın qətlə yetirib: “Bu il iyulun 12-dən başlayaraq Ermənistan hücumlarını davam etdirir. Artıq Bakıya yaxın ərazini belə atəşə tuturlar. İndi təmas xəttində həm hərbçilərə, həm də dinc insanlara hücum edib, bir çox mülki vətəndaş həlak olub. Çarəsiz qalan Ermənistan dinc əhalini hədəf alaraq raket göndərməyə başlayıb, bu, əslində hərbi cinayətdir. Azərbaycan isə öz torpaqlarını geri almaq üçün mübarizə aparır. Bütün beynəlxalq təşkilatlar və ölkələr ya çox balanslaşdırılmış olmağa çalışır, ya da Ermənistanı dəstəkləyən açıqlamalar verir. Bu problemi çözmək üçün qurulan Minsk qrupundan Fransa açıq şəkildə Ermənistana dəstək verir. Həm Türkiyə, həm də Qərb ölkələri olaraq buranın ərazi bütövlüyünü dəstəkləyirik. 

30 ildir Azərbaycan torpaqları işğal altındadır və bir milyondan çox qaçqın və məcburi köçkün varBu məsələnin  yeganə həlli yolu Ermənistanın işğal olunmuş torpaqlardan çəkilməsidir. Dünya güclünün yanına deyil, haqlının yanında olmalıdır.  Necə olur ki, Ukraynanın, Gürcüstanın və digər ölkələrin ərazi bütövlüyü ilə bağlı dünya vahid mövqe qoyur, ancaq Azərbaycana gəldikdə, fərqli davranır? Bu günədək Azərbaycan Türkiyədən dəstək istəməyib. Əgər istəyərsə, nə lazımdırsa, edəcəyik".

Maraqlı budur ki, bundan sonra NATO Baş katibi bir daha Qarebağla bağlı məsələyə qayıdıb və vəziyyəti diqqətlə izlədiklərini deyib: "Qarşıdurmanı diqqətlə, narahatlıqla izləyirik. Münaqişənin yeganə həlli danışıqlar yoludur...". 




Bölməyə aid digər xəbərlər