22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
MN: düşmənin Ballıcadakı silah-sursat anbarı və daha 2 "Qrad"ı məhv edilib
Tarix: 06-10-2020 09:08 | Bölmə: Slayd
MN: düşmənin Ballıcadakı silah-sursat anbarı və daha 2 "Qrad"ı məhv edilib

Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.

Bundna əlavə gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

Məlumata görə, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.




Bölməyə aid digər xəbərlər