22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
250 erməni əsgəri Azərbaycana təslim olub - Foto
Tarix: 06-10-2020 15:59 | Bölmə: Slayd
250 erməni əsgəri Azərbaycana təslim olub

Sentyabrın 27-dən Qarabağda başlayan yeni eskalasiya Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ilə davam edir.

Reyting.az
xəbər verir ki, 10 gündür davam edən döyüşlərdə Azərbaycan silahlı qüvvələri xeyli ərazini işğaldan azad edib, düşməninin çoxlu sayda canlı qüvvəsi və zirehli texnikası məhv edilib. Cəbhədən gələn xəbərlər deməyə əsas verir ki, Azərbaycan Ordusu cəbhə bölgəsində inamla irəliləməkdədir.

Artıq Ermənistan tərəfi də itkilərini etiraf etmək məcburiyyətində qalıb.

Bu arada Türkiyənin “A Haber” telekanalı xəbər verib ki, sentyabrın 27-dən bu yana Ermənistan silahlı qüvvələrinin əsgərləri Azərbaycan Ordusuna təslim olmağa başlayıb. “Bu bölgədə ermənilərin itkiləri hər keçən dəqiqə, hər keçən saniyə artır. Şanlı Azərbaycan Ordusu bölgədə irəliləyir. Bu günə qədər 250 erməni əsgər əsir alınıb”, - deyə telekanalın əməkdaşı hazırladığı reportajda bildirib.(Yeni Sabah)





Bölməyə aid digər xəbərlər