22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
DTX PKK-nın Azərbaycana qarşı döyüşdüyünü təsdiqləyən faktlar açıqlayıb - Video
Tarix: 06-10-2020 17:19 | Bölmə: Slayd
DTX PKK-nın Azərbaycana qarşı döyüşdüyünü təsdiqləyən faktlar açıqlayıb - Video

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib.

Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərinə peşman olduqlarını bildirirlər.

Müvafiq materialları təqdim edirik:





Bölməyə aid digər xəbərlər