22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Düşmənin daha bir tankı və 3 topu sıradan çıxarıldı, xeyli canlı qüvvə itkisi var
Tarix: 07-10-2020 09:18 | Bölmə: Slayd
Düşmənin daha bir tankı və 3 topu sıradan çıxarıldı, xeyli canlı qüvvə itkisi var

Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib.


Müdafiə Nazirliyindən Reyting.az-a bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb:

"Qarşılıqlı artilleriya atışları qeydə alınıb. Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çox sayda ölən və yaralanan var.

Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var".




Bölməyə aid digər xəbərlər